VƏTƏNİM.MEDIA MÜSTƏQİL XƏBƏR PLATFORMASI
Vətənim Media
VƏTƏN • İNSAN • TARİX • SABAHAzərbaycanın xəbər, publisistika və milli yaddaş platforması
BAKI VAXTI--:--:--15.09.2026
HAVA • BAKI--°CYüklənir…
VALYUTA • AZNGÖZLƏNİLİR
USD
EUR
RUB
SON DƏQİQƏ
5 nəfərin öldüyü hadisədən tək o sağ çıxmışdı – Ailədəki 3-cü müəllim də vəfat etdiKamran Bilalovun saxlanılma səbəbi bəlli olduAzərbaycan İnvestisiya Holdinqi və L’İMAD strateji əməkdaşlıq sazişi imzaladı – FOTOLARAgentlik sədrinin müşaviri işdən çıxarıldı – FOTOPrezident Bakıda keçirilən beynəlxalq konfransların iştirakçılarını qəbul etdi – FOTOLARİlham Əliyev Hakan Fidanı qəbul etdi – FOTOLARƏziz Səncər Prezidentə təşəkkür etdiBu dövlət qulluğuna işə qəbul imtahanının qaydaları dəyişdirildiAta qızı ilə birgə kürəkəni öldürmüşdü – Hər ikisinə hökm oxunduMüdafiə naziri Çin Xalq Respublikasında işgüzar səfərdədir“15 sentyabr – Bakının Zəfər salnaməsi”İlham Əliyev Türkiyənin xarici işlər nazirini qəbul edibMüdafiə Nazirliyinin məlumatıİlham Əliyev Bakıda keçirilən beynəlxalq konfransların iştirakçılarını qəbul edib“Ürəyimə od saldı, ətəyin geri çəkdi…” – İlham Qəhrəmanın bayatıları5 nəfərin öldüyü hadisədən tək o sağ çıxmışdı – Ailədəki 3-cü müəllim də vəfat etdiKamran Bilalovun saxlanılma səbəbi bəlli olduAzərbaycan İnvestisiya Holdinqi və L’İMAD strateji əməkdaşlıq sazişi imzaladı – FOTOLARAgentlik sədrinin müşaviri işdən çıxarıldı – FOTOPrezident Bakıda keçirilən beynəlxalq konfransların iştirakçılarını qəbul etdi – FOTOLARİlham Əliyev Hakan Fidanı qəbul etdi – FOTOLARƏziz Səncər Prezidentə təşəkkür etdiBu dövlət qulluğuna işə qəbul imtahanının qaydaları dəyişdirildiAta qızı ilə birgə kürəkəni öldürmüşdü – Hər ikisinə hökm oxunduMüdafiə naziri Çin Xalq Respublikasında işgüzar səfərdədir“15 sentyabr – Bakının Zəfər salnaməsi”İlham Əliyev Türkiyənin xarici işlər nazirini qəbul edibMüdafiə Nazirliyinin məlumatıİlham Əliyev Bakıda keçirilən beynəlxalq konfransların iştirakçılarını qəbul edib“Ürəyimə od saldı, ətəyin geri çəkdi…” – İlham Qəhrəmanın bayatıları
20.02.2017 21:00 · gunaynovruz

Deputat: “Azərbaycan prezidentinin səyləri dünyada yeni təhlükəsizlik sisteminin formalaşmasında mühüm rol oynayır”

"Münxendə keçirilən 53-cü təhlükəsizlik konfransında Azərbaycan prezidenti İlham Əliyevin iştirakı ölkəmizin dünya təhlükəsizlik sisteminin yenidən qurulmasına yaxından qatılmaq istəyini hər kəsə nümayiş etdirdi". Bunu  Milli Məclisin deputatı Tahir Mirkişili deyib. Deputat bildirib…

“Münxendə keçirilən 53-cü təhlükəsizlik konfransında Azərbaycan prezidenti İlham Əliyevin iştirakı ölkəmizin dünya təhlükəsizlik sisteminin yenidən qurulmasına yaxından qatılmaq istəyini hər kəsə nümayiş etdirdi”.

Bunu  Milli Məclisin deputatı Tahir Mirkişili deyib.

Deputat bildirib ki, prezident İlham Əliyevin həm müxtəlif ölkə rəhbərləri ilə görüşlərində, həm də aparıcı biznes qurumları ilə müzakirələrində əsas məsələ Azərbaycanın qarşısında duran çağırışlarla bağlı olub: “Hərtərəfli iqtisadi islahatlar aparan Azərbaycanın dünya biznes strukturları üçün daha açıq olması və iqtisadi cəlbediciliyin mümkün qədər bütün auditoriyalarda bəyan edilməsi əsas hədəflərdəndir və ölkə prezidenti bu dəfə də bu beynəlxalq imkanlardan məharətlə istifadə etdi. Ölkəmizin Qərb və Şərq arasında iqtisadi, mədəni körpü olmasını artıq bütün dünya qəbul edir və dövlət başçısının qatıldığı panel müzakirələrində ona ünvanlanan suallar və bu sualların cavabları bunu bir daha ortaya qoydu”.

T.Mirkişili vurğulayıb ki, dünyanı da, Azərbaycanı da narahat edən problemlərdən ən önəmlisi təhlükəsizlik məsələsidir: “Azərbaycan uzun illərdir ki, Ermənistanın işğalından əziyyət çəkir. Eyni zamanda regionda baş verən hərbi hadisələr, aparıcı dövlətlər arasında ziddiyyətlərin yaranması dünya təhlükəsizlik sisteminin əsasını zəiflətməkdədir. Digər tərəfdən beynəlxalq hüquq normalarına hörmət edilməməsi və ikili standartlar bu ziddiyyətlərin daha da dərinləşməsinə səbəb olur. Azərbaycan prezidenti bütün çıxışlarında dünyada təhlkəsizlik sisteminin yenidən qurulmasına ehtiyacın olduğunu qabartmaqla, bunun üçün beynəlxalq hüquq normalarına, ərazi bütövlüyünə bütün ölkələrdə hörmət edilməsinin, eyni standartın tətbiq olunmasının vacib olduğunu iştirakçıların diqqətinə çatdırdı. Eyni zamanda, regionda təhlükəsizliyin təmin olunmasında, aparıcı dövlətlər arasında olan ziddiyyətlərin aradan qaldırılmasında Azərbaycanın rolunu bir daha izah edərək bu səylərin bütün dünyanın təhlükəsizliyinə xidmət etdiyini izah etdi”.

Post Views: 133