Azərbaycanlı deputatlar Qazaxıstan parlamentinin rəhbərliyi ilə görüşüblər

Şrift
🔊 Xəbəri dinlə — Novruz (AI diktor)

Bu gün Azərbaycan Milli Məclisinin deputatları – Adil Əliyev və Naqif Həmzəyev Qazaxstana səfər çərçivəsində qardaş ölkənin Parlamentinin Məclisinin müavini Bojko Vladimir Karpoviç, Beynəlxalq Əlaqələr Komitəsinin sədri Maulin Saqatxanulı Aşimbayev və Qazaxstan-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Omarxan Nurtayeviç Oksikbayevlə görüşüblər.

Millət vəkili Adil Əliyevin bildirdiyinə görə məsuldar keçən görüşlərdə parlamentlərarası dostluq qruplarının gələcəkdə görəcəkləri işlər barəsində müzakirələr aparılıb.

Görüşlərdə Azərbaycanın Qazaxıstandakı səfiri Rəşad Məmmədov da iştirak edib.

Görüşlər davam edəcək.

 

Vətənim Media Shorts

YouTube-da aç ↗