Hərbiyönümlü QHT-dən Birinci vitse-prezidentə məktub

Şrift
🔊 Xəbəri dinlə — Novruz (AI diktor)

Ölkədə fəaliyyət göstərən hərbiyönümlü QHT-lər Azərbaycan Respublikasının Birinci vitse-prezidenti,

xanım Mehriban Əliyevaya məktub ünvanlayıblar. Məktubda deyilir: 

 

Hörmətli Birinci vitse-prezident!

 

Azərbaycanın siyasi-ictimai həyatında olduqca mühüm hadisə baş vermişdir.  Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev Azərbaycan Respublikası Konstitusiyasının 103.1-ci maddəsinin I hissəsini rəhbər tutaraq Sizi Azərbaycan Respublikasının Birinci vitse-prezidenti təyin etmişdir. Bundan bir müddət əvvəl isə ölkəmizdə sabitliyin, təhlükəsizliyin, davamlı inkişafın və insanların rifahının təmin edilməsi istiqamətində aparılan dövlət siyasətinin müsbət təzahürü olaraq Konstitusiyaya dəyişikliklər təklif olunmuş və xalq tərəfindən birmənalı şəkildə dəstəklənmişdi. Cənab Prezident İlham Əliyevin Sizin Azərbaycan Respublikasının Birinci vitse-prezidenti təyin edilməyiniz haqqında Sərəncamı məhz bu tarixi şəraitdən irəli gələrək imzalanmışdır.

Dövlət başçısının bu Sərəncamını, hərbiyönümlü QHT-ları olaraq biz də böyük sevinc hissi ilə qarşıladıq. Çünki Sizin cənab Ali Baş Komandanımızın ən yaxın silahdaşı olaraq, Birinci vitse-prezident vəzifəsində də böyük uğurlar əldə edəcəyinizə əminik!

Siz ölkəmizin ictimai, mədəni, siyasi, iqtisadi həyatında hər zaman mühüm rol oynamış, beynəlxalq aləmdəki böyük nüfuzunuz sayəsində Azərbaycanın haqq səsinin dünyaya çatdılması naminə mühüm işlər həyata keçirmisiniz. İnanırıq ki, Siz bundan sonra da Azərbaycanın gələcəyi, suverenliyi uğrunda böyük işlər görərək ölkəmizin ərazi bütövlüyünün təmin olunmasında öz töhfənizi verəcəksiniz.

 

         Hörmətli Birinci vitse-prezident!

 

Hərbiyönümlü QHT-ları olaraq çoxsaylı üzvlərimiz adından Sizi bu mühüm və ölkəmizin üçün taleyüklü təyinat münasibətilə ürəkdən təbrik edir, gələcək fəaliyyətinizdə yeni-yeni parlaq uğurlar arzulayırıq.

 

  1. Tərxis Olunmuş Hərbçilərin və Gənclərin Maarifləndirilmə İctimai Birliyi
  2. Ehtiyatda olan Zabitlər Konfederasiyası İctimai Birliyi
  3. Azərbaycan Əfqanıstan Veteranları İctimai Birliyi
  4. Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyi
  5. Azərbaycan Çernobıl Əlilləri İttifaqı İctimai Birliyi
  6. Azərbaycan Vətən Müharibəsi İctimai Birliyi
  7. 20 Yanvar İctimai Birliyi

Vətənim Media Shorts

YouTube-da aç ↗