Boluda Xarıbülbül abidəsi “Qarabağ şikəstəsi” ilə açıldı – Nuriyyə Hüseynovadan canlı ifa – VİDEO

Şrift
🔊 Xəbəri dinlə — Novruz (AI diktor)

Türkiyənin Bolu vilayətində Azərbaycan və Türkiyə millət vəkillərininin, Bosniya, Zivinice Bələdiyyə başqanı və heyətinin, Türk dünyasının müxtəlif bölgələrindən gəlmiş tanınmış aydınların, Bolu valisi və bələdiyyə başqanının, QHT, KİV rəhbərləri və yüzlərlə yerli  sakinin iştirakı ilə keçirilən Qarabağ parkı və Qarabağ, Xarıbülbül abidəsinin açılışı olub.

Turkustan.info xəbər verir ki, mərasimində çıxış edən Bolu bələdiyyə başqanı Alaeddin Yılmaz bildirib ki, bir neçə ay əvvəl bölgədə Qarabağ problemi ilə bağlı konfrans verən millət vəkili Qənirə Paşayeva Boluda Qarabağ parkı təklifi ilə çıxış etdiyi zaman bir bələdiyyə başqanı olaraq qısa zamanda bu təklifin reallaşacağını söyləmişdi və bu gün bu parkın açılışını həyata keçirməkdən çox məmnundur.

Çıxışlarda sonra Azərbaycanın Əməkdar artisti Nuriyyə Hüseynovanın canlı  ifası ilə “Qarabağ şikəstəsi” səsləndirilib və bununla Qarabağ parkı və Xarıbülbül abidəsinin açılışı olub. Parkın və abidənin  lenti kəsilib.

N.Hüseynova bildirib ki, Qarabağ muğam beşiyidir. “Qarabağ şikəstəti” dünyanın hər yerində səslənir. Bu gün bu anlamlı gündə, bu müqəddəs məkanın açılışında da “Qarabağ şikəstəsi”ni səsləndirmək istəyirəm.

 

 

Vətənim Media Shorts

YouTube-da aç ↗