VƏTƏNİM.MEDIA MÜSTƏQİL XƏBƏR PLATFORMASI
Vətənim Media
VƏTƏN • İNSAN • TARİX • SABAHAzərbaycanın xəbər, publisistika və milli yaddaş platforması
BAKI VAXTI--:--:--15.09.2026
HAVA • BAKI--°CYüklənir…
VALYUTA • AZNGÖZLƏNİLİR
USD
EUR
RUB
SON DƏQİQƏ
Vəzifəsindən azad edilən icra başçısı kimdir? – DosyeAnar Bayramov bu xəstəxananın da direktorunu işdən çıxardıAyaz Əsgərov Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilibGEROPHARM “Sea Breeze 2026” beynəlxalq polo turnirini sağlamlıq və aktiv həyat tərzi tərəfdaşı kimi dəstəkləyib –Ərdoğan Azərbaycanı təbrik edib –İran ABŞ-ın daha bir PUA-sını vurduÇL-nın final matçlarına ev sahibliyi edəcək stadionlar bəlli olduHava yenidən pisləşir – XəbərdarlıqTanınmış azərbaycanlı reperin 72 mindən çox kommunal borcu varUşağı məktəbə həvəsləndirməyin 7 sadə yolu – Valideynlər bunları bilməlidirAzərbaycanın gənc vokal ifaçısı Batumidə keçirilən III Beynəlxalq Vokal Müsabiqəsində mükafata layiq görülüb –Rodriqo bu tarixdə yaşıl meydanlara qayıdırHəbsxanaya göndərilən ayaqqabıdan narkotik tapıldı –Ramiz Mehdiyevin cinayət işi üzrə 3 tanınmış şəxs şahid kimi dindirilib5 nəfərin öldüyü hadisədən tək o sağ çıxmışdı – Ailədəki 3-cü müəllim də vəfat etdiVəzifəsindən azad edilən icra başçısı kimdir? – DosyeAnar Bayramov bu xəstəxananın da direktorunu işdən çıxardıAyaz Əsgərov Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilibGEROPHARM “Sea Breeze 2026” beynəlxalq polo turnirini sağlamlıq və aktiv həyat tərzi tərəfdaşı kimi dəstəkləyib –Ərdoğan Azərbaycanı təbrik edib –İran ABŞ-ın daha bir PUA-sını vurduÇL-nın final matçlarına ev sahibliyi edəcək stadionlar bəlli olduHava yenidən pisləşir – XəbərdarlıqTanınmış azərbaycanlı reperin 72 mindən çox kommunal borcu varUşağı məktəbə həvəsləndirməyin 7 sadə yolu – Valideynlər bunları bilməlidirAzərbaycanın gənc vokal ifaçısı Batumidə keçirilən III Beynəlxalq Vokal Müsabiqəsində mükafata layiq görülüb –Rodriqo bu tarixdə yaşıl meydanlara qayıdırHəbsxanaya göndərilən ayaqqabıdan narkotik tapıldı –Ramiz Mehdiyevin cinayət işi üzrə 3 tanınmış şəxs şahid kimi dindirilib5 nəfərin öldüyü hadisədən tək o sağ çıxmışdı – Ailədəki 3-cü müəllim də vəfat etdi
23.02.2017 10:13 · gunaynovruz

İŞİD-in gizli gücü – terror təşkilatını ayaqda saxlayan əsas səbəb

Dünyanın ən qorxulu terror təşkilatının gücünə güc qatan generallar və ya Səddamın “quma batan” ordusunun dirilməsi... İŞİD-in kütləvi qırğın silahından istifadə edəcəyi təhlükəsi yenidən gündəmə gəlib. Bu dəfə məsələni dünyanın ən varlı…

Dünyanın ən qorxulu terror təşkilatının gücünə güc qatan generallar və ya Səddamın “quma batan” ordusunun dirilməsi…

İŞİD-in kütləvi qırğın silahından istifadə edəcəyi təhlükəsi yenidən gündəmə gəlib. Bu dəfə məsələni dünyanın ən varlı adamlarından biri olan “Mikrosoft” şirkətinin prezidenti Bill Qeyts aktual edib. Milyarder bəyan edib ki, İŞİD bioloji silah hazırlamaq üçün bütün imkanlarını səfərbər edib. Onun sözlərinə görə, bio-terrorizm hər il 30 milyon insanın ölümünə səbəb ola bilər.

Məsələ ondadır ki, İŞİD-in kimyəvi silahlardan istifadəsi iddiası yeni deyil. İraq və Suriyada böyük ərazilərə nəzarət edən və hazırda formal olaraq dünyanın az qala, yarısı ilə müharibə vəziyyətində olan, bir neçə cəbhədə savaşan İŞİD zaman-zaman düşmənlərinə qarşı zəhərli qazlardan istifadə edir. Əgər bioloji silah iddiaları doğrudursa, o zaman İŞİD təhlükəsinin daha da ciddiləşdiyini düşünmək olar. Ancaq bütün bunlar həm də ilk olaraq bu sualı gündəmə gətirir: İŞİD bu silahları və texnologiyanı necə əldə edir və onları istifadə edir?
İki gün əvvəl İraqda Telafer şəhəri yaxınlığında hərbçilər İŞİD-ə məxsus silahlı pilotsuz aparatı zərərsizləşdiriblər. Yəni İŞİD həm də ən son model texnikalardan istifadə edə bilir. Buna qədər İŞİD-çilər tanklardan, hətta Suriya və İraq ordusundan qənimət götürdükləri hərbi təyyarələrdən istifadə ediblər.

 

Related image
Amma bütün bunlar olmasa belə, İŞİD-in son iki ildə apardığı savaşlar, hərbi əməliyyatlar, hücum və müdafiə taktikaları, Kobani, Mosul və digər şəhərlərdə həyata keçirdiyi müdafiə döyüşləri bu terrorçu təşkilatın hərbi bacarığını ortaya qoyub. 5 ay ərzində 64 ölkənin birləşdiyi hərbi koalisiyanın havadan bombaladığı və qurudan minlərlə döyüşçünün müdafiə etdiyi Kobanidə və ya son olaraq Yaxın Şərqin ən qüdrətli ordusu olan Türkiyə ordusuna qarşı az qala hər ev uğurunda savaşan və müqavimət göstərən İŞİD-çilərin döyüş bacarığı heyrət doğururdu. Nədir İŞİD-in hərbi sirri?

Doğrudanmı iki ölkədə 12 milyon insanın yaşadığı böyük bir ərazini işğal edən qruplaşmanın başında bəzilərinə görə agent, bəzilərinə görə Bağdad Universitetinin ilahiyyat doktorunun dayandığı dünyanın müxtəlif ölkələrindən cəmləşmiş cihadçılardan ibarətdir?
İŞİD-in hərbi qüdrətinin sirri, apardığı savaşlarda əldə etdiyi uğurlar, inanılmaz sürətli hücum, güclü müqavimət təşkil etmək bacarığı indi də dünyanın hərbi mütəxəssislərini heyran edir. Məlum olduğu kimi, İŞİD-in əsası 2004-cü ildə – ABŞ İraqı işğal etdikdən bir il sonra qoyulub. O zaman Əbu Musab Əz-Zərqavinin rəhbərlik etdiyi “əl-Qaidə”nin İraq qolu bir neçə il amerikalılara qarşı terror aktları törədir. Ancaq bir neçə il sonra Zərqavi öldürülür. Bununla da təşkilatın fəaliyyəti zəifləyir. “Əl-Qaidə”nin İraq qolu bir də 2011-ci il “ərəb baharı” dalğası ilə meydana çıxır.
Maraqlıdır ki, ilk vaxtlar “əl-Qaidə”nin yerli qolu kimi çıxış edən qruplaşma tezliklə yollarını ayırır və 2013-cü ilin sonlarında “əl-Qaidə” lideri Əyman Əz-Zəvahiri audio müraciət yayaraq cihadçıları “Ən-Nusra” cəbhəsinə birləşməyə çağırır və onları bu bölgədə bu qruplaşmanın təmsil etdiyini bəyan edir. Bununla da ilk dəfə olaraq İraq-Şam İslam Dövləti adlı qruplaşmanın adı tez-tez səslənməyə başlayır. 2014-cü ilin əvvəlində Suriyanın şimalında İŞİD və “Ən-Nusra” arasında savaş başlayır və digər qruplaşmaları məğlub edən İŞİD Raqqa şəhəri də daxil olmaqla, Suriyanın şimalında neftli torpaqlarla birlikdə böyük bir ərazini nəzarətə götürür. İyun ayında isə ardıcıl olaraq hücumlar edən İŞİD, nəhayət, Mosul şəhərini, o cümlədən Səddam Hüseynin vətəni Tikrit, Fəlluca kimi əyalətləri işğal edir. Bununla da İraqın və Suriyanın 30 faizdən çox əraziləri İŞİD-in nəzarəti altına düşdü. Bu ərazilərdə Dəclə və Fərat çayları, böyük su anbarları, neft yataqları və İraqın ikinci böyük və qədim şəhəri Mosul da vardı.

Image result for DAESH
Mosula daxil olan İŞİD tezliklə özünü “İslam xilafəti” elan etdi, qruplaşmanın lideri Əbu Bəkr əl-Bağdadi və ya əsl adı İbrahim Avad əl-Bədri əs-Samirrayi olan şəxs özünü xəlifə elan etdi. Yeni “xilafətin” pul vahidi (dinar), polisi, kəşfiyyat xidməti və digər strukturları quruldu. Ancaq təbii ki, İŞİD-in əsas gücü onun hərbi qüvvələri və ya silahlıları idi.
Həmin vaxt çoxlarının diqqətini cəlb etməsə də, İŞİD-lə birlikdə Mosulun, Tikritin işğalında “Nəqşibəndi ordusu” deyilən qruplaşmanın da adı gedirdi. Amma nə bu qruplaşma, nə də İŞİD-in ərəb komandirləri haqqında geniş bilgi yox idi. Videosüjetlərdə, roliklərdə isə bir qayda olaraq başqa ölkələrdən gələn İŞİD-çilər görünürdü, Əbu Ömər əş-Şişani, Tacikistandan, Çeçenistandan, Azərbaycandan, Türkiyədən olan komandirlər daha çox üzdə görünürdü. Halbuki kəşfiyyat rəqəmlərinə əsasən İŞİD-in üzvlərinin 30 mini xarici ölkələrdən gələnlər idi. Yerdə qalan bəzi rəqəmlərə görə 80 min nəfərlik yerli (iraqlı və suriyalı) üzvləri haqqında ciddi məlumat yox idi. Məsələn, bir aralar mediada İŞİD-in “müdafiə naziri” kimi təqdim olunan Əbu Ömər Şişani (Gürcüstan vətəndaşı Tarxan Batriaşvili) Pankisi dərəsində yeniyetməlik illərində ruslara qarşı silah götürüb və Gürcüstan ordusunda çavuş rütbəsində xidmət edib. O cümlədən digər İŞİD üzvlərinin də hansınınsa hərbçi təhsili və zəngin təcrübəsi yox idi. Hər halda, üzdə olan İŞİD-çilərdə yox idi.
İŞİD-in hərbi uğurlarının əsl müəllifinin kimliyi yalnız bir dəfə – 2014-cü ildə üzə çıxıb. 2014-cü ildə haqqında ilk xəbərlər çıxan və 2015-ci ildə öldürülən (bəlkə də ölümünün əsas səbəbi kimliyinin üzə çıxması idi – K.R.) Səddam Hüseyn zamanında İraq ordusunun generalı olmuş və amerikalıların başına 10 milyon dollar mükafat təyin etdikləri İzzət əd-Duri bir müddət İŞİD-in əsas “beyini” olaraq təqdim olunurdu. Həmin vaxtlarda Səddam Hüseynin İordaniyada yaşayan qızı da İŞİD-ə dəstək mesajları verirdi.

Related image
Əslində hər şey o zaman aydın idi: İŞİD-in hərbi gücünü idarə edənlər Səddam Hüseyn ordusunun generalları idi. Mosulun, eləcə də Səddamın ata yurdu Tikrit, Fəlluca kimi şəhərlərin İŞİD-ə müqavimətsiz təslim olması, qruplaşmanın sürətlə Bağdadın yaxınlığına qədər gəlib çıxmasının əsas səbəbkarı Səddam generalları idi. O generallar ki, 10 il fürsət gözləmişdilər. 2003-cü ilin martında Səddam Hüseyn ordusu ABŞ ordusuna qarşı bir neçə həftə müqavimət göstərə bildi və bundan sonra diktatorun ordusu yoxa çıxdı. O zaman bir sıra ekspertlər Səddam ordusunun “quma batdığını” yazırdı. Əslində də elə idi. Amerikalılar S.Hüseyn hökumətini buraxdılar, bütün dövlət aparatı ilə yanaşı, ordu da buraxıldı və xüsusən də zabit və generallar “yer altına” çəkildilər. 8 il İran-İraq savaşında, daha sonra iki dəfə dünyanın ən güclü ordusu olan ABŞ hərbi qüvvələrinə qarşı vuruşmuş, Küveytin işğalını həyata keçirmiş bir ordunun təcrübəli zabitləri10 illik fasilədən sonra İŞİD ortaya çıxanda həm də qisas üçün meydanlara qayıtdılar. Səddam generallarının rəhbərlik etdiyi İŞİD silahlıları eyni vaxtda dünyanın ən güclü və təcrübəli ordularına qarşı güclü müqavimət təşkil edirdilər. İŞİD-in həm İraq ordusuna, həm Suriya ordusuna, eləcə də kürd silahlı birliklərinə, Suriyada müxalif silahlılar və Türkiyə ordusuna qarşı savaşı, tətbiq etdiyi ən gözlənilməz taktika, hücum və müqavimət əməliyyatları onun qərargah komandirlərinin təcrübəli hərbçilər olduğunu göstərir.