Şotlandiya Parlamenti Xocalıda faciəsini soyqırımı kimi tanıdı – FOTOLAR

Şrift
🔊 Xəbəri dinlə — Novruz (AI diktor)

Əvvəllər xəbər verdiyimiz kimi, kecən il noyabr ayının ortalarında Azərbaycanın Böyük Britaniya Birləşmiş Krallığındakı səfiri Tahir Tağızadə və Milli Məclisin üzvü, Azərbaycan – Böyük Britaniya parlamenmtlərarası  dostluq qrupunun rəhbəri Cavanşir Feyziyev Şotlandiyaya işgüzar səfər etmişdilər. Səfər zamanı Şotlandiya Parlamentində bir sıra görüşlər keçirilmiş, parlament sədri və fraksiyalarının rəhbərləri ilə işgüzar danışıqlarda ikitərəfli münasibətlərin daha da  inkişaf etdirilməsi haqqında fikir mübadiləsi aparılmışdı.

Həmin görüşlərdə Şotlandiyalı parlamentarilərə verilən ətraflı məlumatlar əsasında bu ilin fevral ayının əvvəllərində Şotlandiya  parlamentində təmsil olunan bütün siyasi partiyaların ümumi razılığı ilə Xocalı faciəsinə siyasi qiymət verilməsi qərara alınmış və bu məqsədlə Xocalı soyqırımının 25 illiyi ərəfəsində həmin hadisələrə siyasi qiymət verilməsi haqqında Qərarın  mətni  parlamentin saytında yerləşdirilmişdi.

Şotlandiya Parlamenti üzvlərinin mütləq əksəriyyəti  öz adlarını Qətnamə Layihəsinin mətninə əlavə etməklə  təklif olunan Qətnamənin qəbul olunmasına dəstək vermislər.

Qəbul olunmuş Qətnamədə Azərbaycanla Şotlandiya arasında qarşılıqlı dostluq və faydalı əməkdaşlıq münasibətlərinin mövcud  olduğu vurğulanmaqla bərabər, 1990-ci illərdə Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsində həyata keçirilmiş işğal faktı qətiyyətlə pislənilir, Xocalıda baş verən qanlı hadisələr isə Dağlıq Qarabağın yerli əhalisinə qarşı soyqırımı kimi tanınır.  Parlament üzvlərinin 80 faiznin tərəfdar çıxdığı Qərarda Xocalı soyqırımını törədənlərin hərəkətləri  müharibə cinayətləri və bəşəriyyətə qarşı cinayət kimi qiymətləndirilir, gələcəkdə bu cür hadisələrin dünyanın heç bir yerində baş verməməsi üçün belə bir Qətnamənin qəbul olunmasının zəruriliyi qeyd olunur. Qərarda həmçinin BMT tərəfindən qəbul olunmuş 4 qətnaməyə məhəl qoymayan Ermənistan tərəfindən Azərbaycan ərazilərinin 20 faiznin hələ də işğal altında saxlandığı vurğulanır, münaqişənin  beynəlxalq hüquq normaları əsasında  həll olunmasına dəstək ifadə olunur.

Qətnamənin surəti Şotlandiya Parlamentinin rəhbərliyi və parlamentdə təmsil olunmuş bütün siyasi fraksiyaların rəhbərləri tərəfindən bu gün Şotlandiya parlamentinə səfər etmiş Azərbaycan nümayəndə heyətinə təqdim olunmuşdur. Azərbaycanın Böyük Britaniyadakı səfiri Tahir Tağızadə, Azərbaycan – Böyük Britaniya parlamentlərarası dostluq qrupunun sədri, millət vəkili Cavanşir Feyziyev, Şotlandiyada Azərbaycan icmasının rəhbəri Fuad Ələkbərov və səfirliyin əməkdaşları nümayəndə heyətinin tərkibində olmuşlar.

 

 

Vətənim Media Shorts

YouTube-da aç ↗