VƏTƏNİM.MEDIA MÜSTƏQİL XƏBƏR PLATFORMASI
Vətənim Media
VƏTƏN • İNSAN • TARİX • SABAHAzərbaycanın xəbər, publisistika və milli yaddaş platforması
BAKI VAXTI--:--:--15.09.2026
HAVA • BAKI--°CYüklənir…
VALYUTA • AZNGÖZLƏNİLİR
USD
EUR
RUB
SON DƏQİQƏ
“15 sentyabr – Bakının Zəfər salnaməsi”İlham Əliyev Türkiyənin xarici işlər nazirini qəbul edibMüdafiə Nazirliyinin məlumatıİlham Əliyev Bakıda keçirilən beynəlxalq konfransların iştirakçılarını qəbul edib“Ürəyimə od saldı, ətəyin geri çəkdi…” – İlham Qəhrəmanın bayatıları“Ah, heçliyin nə qədər formaları var…” – Xose Eçeqarayın “Böyük Qaleoto”suBalaca pişik – Furqan Əliyevin hekayəsiMəhəmmədhüseyn Şəhriyarın “Heydərbabaya salam” poeması özbək dilində“Sevginin coşqun mehrabı olan evim…” – Puerto-Rikolu ilk qadın şairdən şeirADMİU-da İncə və Sənət təqdim edildiParisdə Azərbaycan mətbəxi rəğbətlə qarşılandıŞeyx Seyid Yəhya Bakuviyə həsr olunmuş beynəlxalq konfrans keçirildi“Qaya” ansamblından yeni layihə: “Arşın mal alan” fantaziyasıMətbuat Şurasında “İstiqlal söhbətləri” kitabının təqdimatı keçirildi“Kurtlar Vadisi” qalmaqalı böyüyür — Həmin zabit Elçibəylə bir arada (FOTO)“15 sentyabr – Bakının Zəfər salnaməsi”İlham Əliyev Türkiyənin xarici işlər nazirini qəbul edibMüdafiə Nazirliyinin məlumatıİlham Əliyev Bakıda keçirilən beynəlxalq konfransların iştirakçılarını qəbul edib“Ürəyimə od saldı, ətəyin geri çəkdi…” – İlham Qəhrəmanın bayatıları“Ah, heçliyin nə qədər formaları var…” – Xose Eçeqarayın “Böyük Qaleoto”suBalaca pişik – Furqan Əliyevin hekayəsiMəhəmmədhüseyn Şəhriyarın “Heydərbabaya salam” poeması özbək dilində“Sevginin coşqun mehrabı olan evim…” – Puerto-Rikolu ilk qadın şairdən şeirADMİU-da İncə və Sənət təqdim edildiParisdə Azərbaycan mətbəxi rəğbətlə qarşılandıŞeyx Seyid Yəhya Bakuviyə həsr olunmuş beynəlxalq konfrans keçirildi“Qaya” ansamblından yeni layihə: “Arşın mal alan” fantaziyasıMətbuat Şurasında “İstiqlal söhbətləri” kitabının təqdimatı keçirildi“Kurtlar Vadisi” qalmaqalı böyüyür — Həmin zabit Elçibəylə bir arada (FOTO)
24.02.2017 10:25 · gunaynovruz

SAVADSIZ MOLLALAR – Dini məclislərdə siyasətdən danışır, hətta münəccimlik edirlər – VİDEO

Molla – yas məclislərimizin idarəçiliyini həvalə etdiyimiz şəxs. O şəxs ki, həmişə məclisin başında oturur. Bu o deməkdir, sən böyüyümüz, savadlımızsan. Molla olmaq üçün dərin dini bilgilərə sahib olmalısan ki, söhbətlərinlə yas…

Molla – yas məclislərimizin idarəçiliyini həvalə etdiyimiz şəxs. O şəxs ki, həmişə məclisin başında oturur. Bu o deməkdir, sən böyüyümüz, savadlımızsan. Molla olmaq üçün dərin dini bilgilərə sahib olmalısan ki, söhbətlərinlə yas məclisinə gələnlərə bir faydan toxunsun. Yoxsa elə mollalar var ki, ara söhbətləri edir, siyasətdən danışır, hətta münəccimlik edənləri də olur. Heç bir dini savadı olmayan, özü-özünü molla elan edənlərə yas etibar etmək doğru deyil.

Yas məclisinə getmisən, amma özünü hansısa iclasda və ya tədbirdə hiss edirsən. Vətəndaşlar deyirlər ki, yas məclisini idarə edən bəzi mollalar son vaxtlar özlərini din xadimindən daha çox siyasətçi kimi aparırlar. Az qala bütün dünyanın siyasi problemlərini müzakirəyə çıxarırlar.

Turkustan.info xəbər verir ki, bəzi mollalar isə dini söhbətlərdənsə, ara söhbətlərinə üstünlük verirlər. Hətta münəccimlik edənləri də olur.

Din xadimləri bildirirlər ki, yas məclisini idarə etməli olan mollanın işi nə siyasət, nə münəccimlik, nə də ara söhbətləri olmalıdır. Məclis əhlinə dini bilgilər verilməli, yas sahibinə isə səbr aşılanmalıdır.

İmam Rza məscidinin axundu Mirhəmid Məmmədov deyir ki, adətən belə söhbət edən mollalar dərin dini savada malik olmadığından ara söhbətləri ilə məclisi əslində yola verirlər.

Din xadimi deyir ki, Qafqaz Müsəlmanları İdarəsi vaxtaşırı molla olmaq istəyənləri imtahandan keçirir. Belə mollalara daha çox üstünlük vermək lazımdır.

Bir sözlə, özü-özünü molla edənlərə məclis həvalə etmək olmaz.