Mağaza nümayəndəsinə malların üzərindəki “MADE İN ARMENİA” etiketini əks etdirən şəkillərin olduğu bildirilsə də, o, yenə də belə bir şeyin mümkünsüz olduğunu deyib: “Konkret olaraq yalandır. Belə bir şey ola bilməz. Çünki bu tanınmış İtaliya brendidir”.
Qeyd edək ki, OVS-in Bakıda iki mağazası fəaliyyət göstərir: “Park Bulvar”da və “Gənclik Mall”da. “Park Bulvar”dakı mağaza 6 Oktyabr 2015-ci ildə açılıb.
OVS brendi artıq 43 ildir ki, qadın, kişi və uşaqlar üçün geyim və aksessuar istehsalı ilə məşğul olur. Brendin əsas xüsusiyyətləri keyfiyyət və münasib qiymətlərdir.
