Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının yaradıcı heyəti ölkə prezidenti tərəfindən mükafatlandırılıb.
Ölkə başçısının 1 may 2017-ci il tarixli “İncəsənət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin mükafatlarının verilməsi haqqında” Sərəncamına əsasən, Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının da bir qrup yaradıcı heyəti mükafata layiq görülmüşdür.
Azərbaycan milli teatr sənətinin inkişafındakı xidmətlərinə, səhnə fəaliyyətlərindəki nailiyyətlərə görə əməkdar artistlər Naibə Allahverdiyeva, Kəmalə Hüseynova, Nübar Novruzova, Gülər Nəbiyeva, Leyli Vəliyeva, Nəsibə Eldarova, Rahib Əliyev, Şövqi Hüseynov, Qurban İsmayılov, Nicat Kazımov, Vahid Əliyev, əməkdar incəsənət xadimi Bəhram Osmanov Prezident mükafatına layiq görülüblər.
