Türkiyəli müğənni Murat Boz “Bir Hülya Avşar sohbeti” şousuna qonaq olub.
Boz bir vaxtlar Tarkanın bek-vokalçısı olmasından danışıb. O bildirib ki, ilk dəfə Tarkanın Bakı konsertindən sonra müğənni olmağa qərar verib:
“14 yaşıma qədər səhnəyə çıxmaqdan qorxur, mahnı oxumağa nifrət edirdim. Atamın sayəsində müğənni oldum. Tarkan çörəyini yediyim insandır. Vokalistliyi hər zaman bir peşə kimi düşünürdüm. Solist kimi çıxış etməyi ağlıma gətirmirdim.
