Mədəniyyət Ramiz Rövşən -Darıxır Şrift A− A A+ 🔊 Xəbəri dinlə — Novruz (AI diktor) ◷ 13 Sentyabr 2018 · 13:17 · ◉ 1. 770 Maraq göstəricisi · ● 0 nəfər hazırda oxuyur http://vetenim.info/wp-content/uploads/2018/09/Roma-Xosrov-Darıxır-şeir-Ramiz-Rövşən-1-1.mp4 Bu nə təhər darıxmaqdı, Axı belə kim darıxır?! Cibimdə əlim darıxır, Ağzımda dilim darıxır. Darıxır qabım-qaşığım, Darıxır yorğan-döşəyim. Evdə qalsam, evim-eşiyim. Yol getsəm, yolum darıxır. Yoluma qızlar çıxsalar, Gülüb üzümə baxsalar, Yaxama bir gül taxsalar, Yaxamda gülüm darıxır. Hara atım bu kədəri? Yox hesabı, yox qədəri, Görünür məndən ötəri Hardasa ölüm darıxır. Müəllif: Ramiz Rövşən Oxumağa davam edin 2 Noyabr 2026 İliyana Yotova ikinci turda səslərin 57,943 faizini qazanıb 2 Noyabr 2026 SEPAH Mərkəzi vilayətində casusluqda şübhəli şəxsi saxlayıb 2 Noyabr 2026 Fərqli ideyalarınız yeni imkanlara yol aça bilər 2 Noyabr 2026 Sözləriniz yeni imkanların qapısını aça bilər FacebookTelegramWhatsAppXLinki köçürÇap et
Cibimdə əlim darıxır,
Ağzımda dilim darıxır.
Darıxır qabım-qaşığım,
Darıxır yorğan-döşəyim.
Evdə qalsam, evim-eşiyim.
Yol getsəm, yolum darıxır.
Yoluma qızlar çıxsalar,
Gülüb üzümə baxsalar,
Yaxama bir gül taxsalar,
Yaxamda gülüm darıxır.
Hara atım bu kədəri?
Yox hesabı, yox qədəri,
Görünür məndən ötəri
Hardasa ölüm darıxır.