VƏTƏNİM.MEDIA MÜSTƏQİL XƏBƏR PLATFORMASI
Vətənim Media
VƏTƏN • İNSAN • TARİX • SABAHAzərbaycanın xəbər, publisistika və milli yaddaş platforması
BAKI VAXTI--:--:--15.09.2026
HAVA • BAKI--°CYüklənir…
VALYUTA • AZNGÖZLƏNİLİR
USD
EUR
RUB
SON DƏQİQƏ
“15 sentyabr – Bakının Zəfər salnaməsi”İlham Əliyev Türkiyənin xarici işlər nazirini qəbul edibMüdafiə Nazirliyinin məlumatıİlham Əliyev Bakıda keçirilən beynəlxalq konfransların iştirakçılarını qəbul edib“Ürəyimə od saldı, ətəyin geri çəkdi…” – İlham Qəhrəmanın bayatıları“Ah, heçliyin nə qədər formaları var…” – Xose Eçeqarayın “Böyük Qaleoto”suBalaca pişik – Furqan Əliyevin hekayəsiMəhəmmədhüseyn Şəhriyarın “Heydərbabaya salam” poeması özbək dilində“Sevginin coşqun mehrabı olan evim…” – Puerto-Rikolu ilk qadın şairdən şeirADMİU-da İncə və Sənət təqdim edildiParisdə Azərbaycan mətbəxi rəğbətlə qarşılandıŞeyx Seyid Yəhya Bakuviyə həsr olunmuş beynəlxalq konfrans keçirildi“Qaya” ansamblından yeni layihə: “Arşın mal alan” fantaziyasıMətbuat Şurasında “İstiqlal söhbətləri” kitabının təqdimatı keçirildi“Kurtlar Vadisi” qalmaqalı böyüyür — Həmin zabit Elçibəylə bir arada (FOTO)“15 sentyabr – Bakının Zəfər salnaməsi”İlham Əliyev Türkiyənin xarici işlər nazirini qəbul edibMüdafiə Nazirliyinin məlumatıİlham Əliyev Bakıda keçirilən beynəlxalq konfransların iştirakçılarını qəbul edib“Ürəyimə od saldı, ətəyin geri çəkdi…” – İlham Qəhrəmanın bayatıları“Ah, heçliyin nə qədər formaları var…” – Xose Eçeqarayın “Böyük Qaleoto”suBalaca pişik – Furqan Əliyevin hekayəsiMəhəmmədhüseyn Şəhriyarın “Heydərbabaya salam” poeması özbək dilində“Sevginin coşqun mehrabı olan evim…” – Puerto-Rikolu ilk qadın şairdən şeirADMİU-da İncə və Sənət təqdim edildiParisdə Azərbaycan mətbəxi rəğbətlə qarşılandıŞeyx Seyid Yəhya Bakuviyə həsr olunmuş beynəlxalq konfrans keçirildi“Qaya” ansamblından yeni layihə: “Arşın mal alan” fantaziyasıMətbuat Şurasında “İstiqlal söhbətləri” kitabının təqdimatı keçirildi“Kurtlar Vadisi” qalmaqalı böyüyür — Həmin zabit Elçibəylə bir arada (FOTO)
18.01.2019 22:06 · gunaynovruz

“Aprel-may aylarında Azərbaycan hücuma keçə bilər…”

Ermənistan Müdafiə Nazirliyində ötən həftə bir sıra qapalı məsləhətləşmələr olub və “konkret məsələlər” müzakirə olunub. Turkustan.info Virtualaz.org-a istinadən xəbər verir ki, bu haqda Ermənistanda nəşr edilən “İrates” adlı qəzet yazır. Bildirilir ki,…

Ermənistan Müdafiə Nazirliyində ötən həftə bir sıra qapalı məsləhətləşmələr olub və “konkret məsələlər” müzakirə olunub.

Turkustan.info Virtualaz.org-a istinadən xəbər verir ki, bu haqda Ermənistanda nəşr edilən “İrates” adlı qəzet yazır. Bildirilir ki, həmin “konkret məsələlərdən” biri yazda, aprel-may aylarında Azərbaycanın Qarabağda hansısa lokal, hətta total hərbi əməliyyatlara başlamasının istisna edilmədiyi barədə olub. Müzakirələrdə Ermənistan ordusunun bu əməliyyatlara qarşı dayanmaq potensialı nəzərdən keçirilib.

“Bu o deməkdir ki, indiki və gözlənilən danışıqlar prosesinə böyük ümidlər bəslənmir, Azərbaycan isə tələsir, ona görə də son aylar susur və özünü sakit aparır”-qəzetə məlumat verən mənbə belə deyib.

Ermənistan Müdafiə Nazirliyinə bağlı “Zinuj Media” kanalı isə Azərbaycanla sərhəddə “uzunmüddətli döyüş əməliyyatları aparmağa imkan verən” mərmi və raket anbarının görüntülərini yayıb. Orada bildirilir ki, sərhədə yaxın yerləşən yeraltı anbar yaxşı konspirasiya olunub və irimiqyaslı hərbi əməliyyatlar zamanı vaxt itirmədən ordunun mərmi, raket ehtiyacını təmin etməyə imkan verəcək.

Xatırladaq ki, iki gün əvvəl Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında Parisdə növbəti danışıqlar olub. 4 saatdan çox çəkən danışıqlardan sonra tərəflər xalqları sülhə hazırlamaq barədə razılığa gəldiklərini açıqlayıblar.