VƏTƏNİM.MEDIA MÜSTƏQİL XƏBƏR PLATFORMASI
Vətənim Media
VƏTƏN • İNSAN • TARİX • SABAHAzərbaycanın xəbər, publisistika və milli yaddaş platforması
BAKI VAXTI--:--:--15.09.2026
HAVA • BAKI--°CYüklənir…
VALYUTA • AZNGÖZLƏNİLİR
USD
EUR
RUB
SON DƏQİQƏ
Vəzifəsindən azad edilən icra başçısı kimdir? – DosyeAnar Bayramov bu xəstəxananın da direktorunu işdən çıxardıAyaz Əsgərov Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilibGEROPHARM “Sea Breeze 2026” beynəlxalq polo turnirini sağlamlıq və aktiv həyat tərzi tərəfdaşı kimi dəstəkləyib –Ərdoğan Azərbaycanı təbrik edib –İran ABŞ-ın daha bir PUA-sını vurduÇL-nın final matçlarına ev sahibliyi edəcək stadionlar bəlli olduHava yenidən pisləşir – XəbərdarlıqTanınmış azərbaycanlı reperin 72 mindən çox kommunal borcu varUşağı məktəbə həvəsləndirməyin 7 sadə yolu – Valideynlər bunları bilməlidirAzərbaycanın gənc vokal ifaçısı Batumidə keçirilən III Beynəlxalq Vokal Müsabiqəsində mükafata layiq görülüb –Rodriqo bu tarixdə yaşıl meydanlara qayıdırHəbsxanaya göndərilən ayaqqabıdan narkotik tapıldı –Ramiz Mehdiyevin cinayət işi üzrə 3 tanınmış şəxs şahid kimi dindirilib5 nəfərin öldüyü hadisədən tək o sağ çıxmışdı – Ailədəki 3-cü müəllim də vəfat etdiVəzifəsindən azad edilən icra başçısı kimdir? – DosyeAnar Bayramov bu xəstəxananın da direktorunu işdən çıxardıAyaz Əsgərov Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilibGEROPHARM “Sea Breeze 2026” beynəlxalq polo turnirini sağlamlıq və aktiv həyat tərzi tərəfdaşı kimi dəstəkləyib –Ərdoğan Azərbaycanı təbrik edib –İran ABŞ-ın daha bir PUA-sını vurduÇL-nın final matçlarına ev sahibliyi edəcək stadionlar bəlli olduHava yenidən pisləşir – XəbərdarlıqTanınmış azərbaycanlı reperin 72 mindən çox kommunal borcu varUşağı məktəbə həvəsləndirməyin 7 sadə yolu – Valideynlər bunları bilməlidirAzərbaycanın gənc vokal ifaçısı Batumidə keçirilən III Beynəlxalq Vokal Müsabiqəsində mükafata layiq görülüb –Rodriqo bu tarixdə yaşıl meydanlara qayıdırHəbsxanaya göndərilən ayaqqabıdan narkotik tapıldı –Ramiz Mehdiyevin cinayət işi üzrə 3 tanınmış şəxs şahid kimi dindirilib5 nəfərin öldüyü hadisədən tək o sağ çıxmışdı – Ailədəki 3-cü müəllim də vəfat etdi
21.01.2019 16:51 · gunaynovruz

Şəmkirli gənclər arasında oxu mədəniyyəti təbliğ olunub

İctimai fəal Samir Pənəliyev Azərbaycan Gənclər Fondunun maliyyə dəstəyilə həyata keçirdiyi  “Milli-mənəvi dəyərlərin öyrənilməsində oxu mədəniyyətinin rolu” adlı layihənin icrasını davam etdirir. Layihə çərçivəsində növbəti tədbir bu gün Şəmkir şəhərində baş tutub.…

İctimai fəal Samir Pənəliyev Azərbaycan Gənclər Fondunun maliyyə dəstəyilə həyata keçirdiyi  “Milli-mənəvi dəyərlərin öyrənilməsində oxu mədəniyyətinin rolu” adlı layihənin icrasını davam etdirir. Layihə çərçivəsində növbəti tədbir bu gün Şəmkir şəhərində baş tutub. Tədbirdə yerli hakimiyyət orqanlarının nümayəndələri, vətəndaş cəmiyyəti institutlarının təmsilçiləri, yeniyetmə və gənclər iştirak ediblər.

Şəmkir rayon Gənclər və idman İdarəsinin rəisi Emin İsmayılov qloballaşma çağında milli-mənəvi dəyərlərin təbliğinin xüsusi əhəmiyyət kəsb etdiyini bildirib. E.İsmayılov sözügedən layihənin icrasının bu prosesə layiqli töhfə verəcəyinə əmin olduğunu söyləyib.

Şəmkir rayon İcra Hakimiyyəti başçısı aparatının baş mütəxəssisi Tural Əliyev təmsil etdiyi qurumun vətəndaş cəmiyyəti institutları ilə əməkdaşlıqda maraqlı olduğunu deyib. Qeyd edib ki, dövlət qurumları ilə yanaşı, QHT-lərin, tanınmış ictimai şəxslərin milli-mənəvi dəyərlərin təbliğində iştirak etməsi təqdirəlayiq haldır.

Layihənin rəhbəri Samir Pənəliyev Azərbaycanda gənclər siyasətinin uğurla həyata keçirildiyini bildirib. Natiq qeyd edib ki, bu siyasətin reallaşmasında Gənclər Fondunun xüsusi rolu vardır.

S.Pənəliyev yeniyetmə və gənclər arasında oxu mədəniyyətinin təbliğinin zamanın tələbi olduğunu deyib. Bildirib ki, yalnız geniş mütaliə imkanlarına malik olan gənclər milli-mənəvi dəyərlərin qorunmasına töhfə verə bilərlər.

Layihənin eksperti, Jurnalist Araşdırmaları Mərkəzinin sədri Seymur Verdizadə yalnız mütaliə yolu ilə intellektual cəmiyyətə çevrilməyin mümkün olduğunu bildirib. Qeyd edib ki, təkcə rəsmi strukturlar deyil, bütövlükdə cəmiyyət özü yeniyetmə və gənclər arasında oxu vərdişlərinin formalaşmasına səy göstərməlidir.