VƏTƏNİM.MEDIA MÜSTƏQİL XƏBƏR PLATFORMASI
Vətənim Media
VƏTƏN • İNSAN • TARİX • SABAHAzərbaycanın xəbər, publisistika və milli yaddaş platforması
BAKI VAXTI--:--:--15.09.2026
HAVA • BAKI--°CYüklənir…
VALYUTA • AZNGÖZLƏNİLİR
USD
EUR
RUB
SON DƏQİQƏ
Vəzifəsindən azad edilən icra başçısı kimdir? – DosyeAnar Bayramov bu xəstəxananın da direktorunu işdən çıxardıAyaz Əsgərov Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilibGEROPHARM “Sea Breeze 2026” beynəlxalq polo turnirini sağlamlıq və aktiv həyat tərzi tərəfdaşı kimi dəstəkləyib –Ərdoğan Azərbaycanı təbrik edib –İran ABŞ-ın daha bir PUA-sını vurduÇL-nın final matçlarına ev sahibliyi edəcək stadionlar bəlli olduHava yenidən pisləşir – XəbərdarlıqTanınmış azərbaycanlı reperin 72 mindən çox kommunal borcu varUşağı məktəbə həvəsləndirməyin 7 sadə yolu – Valideynlər bunları bilməlidirAzərbaycanın gənc vokal ifaçısı Batumidə keçirilən III Beynəlxalq Vokal Müsabiqəsində mükafata layiq görülüb –Rodriqo bu tarixdə yaşıl meydanlara qayıdırHəbsxanaya göndərilən ayaqqabıdan narkotik tapıldı –Ramiz Mehdiyevin cinayət işi üzrə 3 tanınmış şəxs şahid kimi dindirilib5 nəfərin öldüyü hadisədən tək o sağ çıxmışdı – Ailədəki 3-cü müəllim də vəfat etdiVəzifəsindən azad edilən icra başçısı kimdir? – DosyeAnar Bayramov bu xəstəxananın da direktorunu işdən çıxardıAyaz Əsgərov Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilibGEROPHARM “Sea Breeze 2026” beynəlxalq polo turnirini sağlamlıq və aktiv həyat tərzi tərəfdaşı kimi dəstəkləyib –Ərdoğan Azərbaycanı təbrik edib –İran ABŞ-ın daha bir PUA-sını vurduÇL-nın final matçlarına ev sahibliyi edəcək stadionlar bəlli olduHava yenidən pisləşir – XəbərdarlıqTanınmış azərbaycanlı reperin 72 mindən çox kommunal borcu varUşağı məktəbə həvəsləndirməyin 7 sadə yolu – Valideynlər bunları bilməlidirAzərbaycanın gənc vokal ifaçısı Batumidə keçirilən III Beynəlxalq Vokal Müsabiqəsində mükafata layiq görülüb –Rodriqo bu tarixdə yaşıl meydanlara qayıdırHəbsxanaya göndərilən ayaqqabıdan narkotik tapıldı –Ramiz Mehdiyevin cinayət işi üzrə 3 tanınmış şəxs şahid kimi dindirilib5 nəfərin öldüyü hadisədən tək o sağ çıxmışdı – Ailədəki 3-cü müəllim də vəfat etdi
27.01.2019 23:17 · gunaynovruz

Jurnalistlər efirdə DALAŞDILAR – Telekanal onların səsini “batırdı”

Aparıcı Rövşanə Ağasəfqızının ARB-də təqdim etdiyi “Düz bazar” verilişində bu gün qalmaqal baş verib. Televiziya kanallarının səviyyəsinin müzakirə olunduğu verilişdə tanınmış jurnalist Seymur Verdizadə ARB-nin aparıcısı Elgiz Əkbərin ünvanına sərt ittihamlar səsləndirib.…
Aparıcı Rövşanə Ağasəfqızının ARB-də təqdim etdiyi “Düz bazar” verilişində bu gün qalmaqal baş verib. Televiziya kanallarının səviyyəsinin müzakirə olunduğu verilişdə tanınmış jurnalist Seymur Verdizadə ARB-nin aparıcısı Elgiz Əkbərin ünvanına sərt ittihamlar səsləndirib. Öz növbəsində Elgiz Əkbər də jurnalist həmkarını cavabsız buraxmayıb. Maraqlısı isə odur ki, jurnalistlərin əl hərəkətləri, jestləri efirə getsə də, telekanal musiqini artırmaqla onların səsini “batırıb”.
Turkustan.info bildirir ki, Seymur Verdizadə Modern.az saytına açıqlamasında məsələyə aydınlıq gətirib. Jurnalist deyib ki, verilişdə Elgiz Əkbərin ünvanına qeyri-etik heç bir ifadə işlətməyib: 
“Elgiz bəyə dedim ki, sən efirdə dolma bükdüyün üçün tamaşaçılar televiziyaya baxmırlar. O da qayıtdı ki, “mən efirdə heç vaxt dolma bükməmişəm”. Mən də cavab verdim ki, “dolma bükməmisən, amma daha cılız hərəkətlər etmisən. Yetmiş yaşlı Əli Mirəliyev sənin verilişində 25 yaşlı qızı ona görə öpür ki, verilişin reytinqi qalxsın. Yaxud reytinq xatirinə 80 yaşlı müğənni Teymur Mustafayevi efirə çıxarıb “jim” elətdirirsən. Bu qədər ucuzluğa getməyə ehtiyac yoxdur””.
Tanınmış jurnalist qeyd edib ki, verilişin həmin bölümünün efirə getməməsinin səbəbi ona aydındır: “Elgiz Əkbər və Əli Mirəliyev ARB-də çalışır. Telekanal mənim səsimi batırmaqla öz əməkdaşlarını qorumaq istəyib”.
Seymur Verdizadə fikirlərinin senzuraya məruz qalmasının onu məyus etdiyini deyib: “Bir müddət əvvəl “Space” TV-də Elçin Əlibəylinin müəllifi olduğu “El bizim, sirr bizim” verilişində Mikayıl Güləddinoğlunun ünvanına tənqidi fikirlər səsləndirmişdim. Mikayıl Güləddinoğlu “Space” TV-nin aparıcı əməkdaşlarından biri olsa da, telekanal bir cümləmi də kəsmədi. Bir qədər dözümlü olmaq lazımdır. Tamaşaçının fərqli fikirləri dinləmək hüququ var”.