VƏTƏNİM.MEDIA MÜSTƏQİL XƏBƏR PLATFORMASI
Vətənim Media
VƏTƏN • İNSAN • TARİX • SABAHAzərbaycanın xəbər, publisistika və milli yaddaş platforması
BAKI VAXTI--:--:--15.09.2026
HAVA • BAKI--°CYüklənir…
VALYUTA • AZNGÖZLƏNİLİR
USD
EUR
RUB
SON DƏQİQƏ
Azərbaycan 8 ay ərzində Ermənistana 17,6 milyon dollar dəyərində məhsul ixrac edibPrezident İlham Əliyev: Azərbaycan xalqı dünya mədəniyyətinə bir çox dahi şəxsiyyətlər bəxş edibPrezident İlham Əliyev: Müsəlman dini liderlərin hər bir sözü müsəlman icmaları üçün çox dəyərlidirVəzifəsindən azad edilən icra başçısı kimdir? – DosyeAnar Bayramov bu xəstəxananın da direktorunu işdən çıxardıAyaz Əsgərov Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilibGEROPHARM “Sea Breeze 2026” beynəlxalq polo turnirini sağlamlıq və aktiv həyat tərzi tərəfdaşı kimi dəstəkləyib –Ərdoğan Azərbaycanı təbrik edib –İran ABŞ-ın daha bir PUA-sını vurduÇL-nın final matçlarına ev sahibliyi edəcək stadionlar bəlli olduHava yenidən pisləşir – XəbərdarlıqTanınmış azərbaycanlı reperin 72 mindən çox kommunal borcu varUşağı məktəbə həvəsləndirməyin 7 sadə yolu – Valideynlər bunları bilməlidirAzərbaycanın gənc vokal ifaçısı Batumidə keçirilən III Beynəlxalq Vokal Müsabiqəsində mükafata layiq görülüb –Rodriqo bu tarixdə yaşıl meydanlara qayıdırAzərbaycan 8 ay ərzində Ermənistana 17,6 milyon dollar dəyərində məhsul ixrac edibPrezident İlham Əliyev: Azərbaycan xalqı dünya mədəniyyətinə bir çox dahi şəxsiyyətlər bəxş edibPrezident İlham Əliyev: Müsəlman dini liderlərin hər bir sözü müsəlman icmaları üçün çox dəyərlidirVəzifəsindən azad edilən icra başçısı kimdir? – DosyeAnar Bayramov bu xəstəxananın da direktorunu işdən çıxardıAyaz Əsgərov Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilibGEROPHARM “Sea Breeze 2026” beynəlxalq polo turnirini sağlamlıq və aktiv həyat tərzi tərəfdaşı kimi dəstəkləyib –Ərdoğan Azərbaycanı təbrik edib –İran ABŞ-ın daha bir PUA-sını vurduÇL-nın final matçlarına ev sahibliyi edəcək stadionlar bəlli olduHava yenidən pisləşir – XəbərdarlıqTanınmış azərbaycanlı reperin 72 mindən çox kommunal borcu varUşağı məktəbə həvəsləndirməyin 7 sadə yolu – Valideynlər bunları bilməlidirAzərbaycanın gənc vokal ifaçısı Batumidə keçirilən III Beynəlxalq Vokal Müsabiqəsində mükafata layiq görülüb –Rodriqo bu tarixdə yaşıl meydanlara qayıdır
22.02.2019 14:23 · gunaynovruz

ANS nə vaxt açılacaq?

Əgər bu gün ANS-in açılıb-açılmaması ilə bağlı referendum keçirilərsə... Milli Televiziya və Radio Şurasının (MTRŞ) müasir maddi-texniki bazaya, peşəkar kadrlara malik, informasiya texnologiyalarının üstünlüklərindən istifadə edən kanalların açılmasında maraqlıdır. Bunu qurumun rəhbəri Nuşirəvan…

Əgər bu gün ANS-in açılıb-açılmaması ilə bağlı referendum keçirilərsə…

Milli Televiziya və Radio Şurasının (MTRŞ) müasir maddi-texniki bazaya, peşəkar kadrlara malik, informasiya texnologiyalarının üstünlüklərindən istifadə edən kanalların açılmasında maraqlıdır. Bunu qurumun rəhbəri Nuşirəvan Məhərrəmli deyib. 

Bütün bu deyilənlərə ANS – SSRİ-nin ilk müstəqil televiziyası da malik idi. Təəssüf ki, kanal artıq 3 ilə yaxındır ki, adıçəkilən qurumun qərarı ilə uydurma səbəblərə görə fəaliyyətini dayandırıb. Kanal terrorçulara dəstəkdə ittiham edilib. İşə baxan Respublika Prokurorluğu da heç nə aşkar edə bilməyib. Yoxsa ölkə ictimaiyyəti bu barədə xəbərdar olardı.

ANS yarananda nə MTRŞ, nə də onun sədri Nuşirəvan Məhərrəmli var idi. Bir daha xatırladaq ki, kanal məhz onun qərarı ilə bağlanıb. Bunu necə etmək olardı? Axı ANS həmişə Azərbaycanın müstəqilliyi uğrunda mübarizə aparan qüvvələrdən olub. Əgər bu gün ANS-in açılıb-açılmaması ilə bağlı referendum keçirilərsə böyük əksəriyyət məhz bu qərarın leyhinə səs verəcək. Təsadüfi deyil ki, bir müddət öncəki çıxışında da deputat Vahid Əhmədov cəmiyyətdə ANS-in yerinin göründüyünü dilə gətirib.

Məhz kanalın əməkdaşlarının peşəkar fəaliyyəti nəticəsində dünya qonşu Ermənistanın işğalçı siyasətindən xəbər tutub. Bu gün ümumili lider Heydər Əliyev, prezident İlham Əliyev, birinci vitse-prezident Mehriban Əliyevanın əməyimizə verdiyi yüksək qiymətləri ilə fəxr edirik. Əgər lazım olarsa biz MTRŞ-ə liderlərimizin bu barədə çıxışlarını da təqdim edə bilərik.

N.Məhərrəmlinin sədrlik etdiyi şura yeni kanal açmaq istəyir. Çox gözəl. Demək efirdə sağlam rəqabət olacaq. Bundan qazanan isə Azərbaycan tamaşaçısıdır. Amma bununla yanaşı ANS də açmaq olar. Və o həmişəki kimi Azərbaycanın dövlət maraqlarının keşiyində dayanacaq.

Hələ Sovet vaxtında dahi azərbaycanlı Heydər Əliyev Rusiyanın “Ədəbiyyat qəzeti”nə müsahibə vermişdi. Yazı belə adlanırdı – “Qoy ədalət qələbə çalsın”. Bütün ölkədə o zamankı əsas partiyanın fəaliyyətindəki nöqsanları qorxmadan dilə gətirən H.Əliyevin məqaləsini heyranlıqla oxuyurdular. 

Yəqin ki, tarixdə ANS-lə bağlı məsələdə də elə etmək lazımdır ki, ədalət yenidən qələbə çalsın. Bu düzgün olardı – Əliyevsayağı.  /istipress.com/