VƏTƏNİM.MEDIA MÜSTƏQİL XƏBƏR PLATFORMASI
Vətənim Media
VƏTƏN • İNSAN • TARİX • SABAHAzərbaycanın xəbər, publisistika və milli yaddaş platforması
BAKI VAXTI--:--:--15.09.2026
HAVA • BAKI--°CYüklənir…
VALYUTA • AZNGÖZLƏNİLİR
USD
EUR
RUB
SON DƏQİQƏ
Vəzifəsindən azad edilən icra başçısı kimdir? – DosyeAnar Bayramov bu xəstəxananın da direktorunu işdən çıxardıAyaz Əsgərov Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilibGEROPHARM “Sea Breeze 2026” beynəlxalq polo turnirini sağlamlıq və aktiv həyat tərzi tərəfdaşı kimi dəstəkləyib –Ərdoğan Azərbaycanı təbrik edib –İran ABŞ-ın daha bir PUA-sını vurduÇL-nın final matçlarına ev sahibliyi edəcək stadionlar bəlli olduHava yenidən pisləşir – XəbərdarlıqTanınmış azərbaycanlı reperin 72 mindən çox kommunal borcu varUşağı məktəbə həvəsləndirməyin 7 sadə yolu – Valideynlər bunları bilməlidirAzərbaycanın gənc vokal ifaçısı Batumidə keçirilən III Beynəlxalq Vokal Müsabiqəsində mükafata layiq görülüb –Rodriqo bu tarixdə yaşıl meydanlara qayıdırHəbsxanaya göndərilən ayaqqabıdan narkotik tapıldı –Ramiz Mehdiyevin cinayət işi üzrə 3 tanınmış şəxs şahid kimi dindirilib5 nəfərin öldüyü hadisədən tək o sağ çıxmışdı – Ailədəki 3-cü müəllim də vəfat etdiVəzifəsindən azad edilən icra başçısı kimdir? – DosyeAnar Bayramov bu xəstəxananın da direktorunu işdən çıxardıAyaz Əsgərov Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilibGEROPHARM “Sea Breeze 2026” beynəlxalq polo turnirini sağlamlıq və aktiv həyat tərzi tərəfdaşı kimi dəstəkləyib –Ərdoğan Azərbaycanı təbrik edib –İran ABŞ-ın daha bir PUA-sını vurduÇL-nın final matçlarına ev sahibliyi edəcək stadionlar bəlli olduHava yenidən pisləşir – XəbərdarlıqTanınmış azərbaycanlı reperin 72 mindən çox kommunal borcu varUşağı məktəbə həvəsləndirməyin 7 sadə yolu – Valideynlər bunları bilməlidirAzərbaycanın gənc vokal ifaçısı Batumidə keçirilən III Beynəlxalq Vokal Müsabiqəsində mükafata layiq görülüb –Rodriqo bu tarixdə yaşıl meydanlara qayıdırHəbsxanaya göndərilən ayaqqabıdan narkotik tapıldı –Ramiz Mehdiyevin cinayət işi üzrə 3 tanınmış şəxs şahid kimi dindirilib5 nəfərin öldüyü hadisədən tək o sağ çıxmışdı – Ailədəki 3-cü müəllim də vəfat etdi
23.02.2019 15:53 · gunaynovruz

Xocalı haqqında film Kaliforniya televiziyalarında

Xocalı soyqırımından bəhs edən film Kaliforniya televiziya kanallarında nümayiş etdirilir. Turkustan.info bildirir ki, Azərbaycanın Los Ancelesdəki Baş konsulluğundan Azvision.az -a verilən məlumata görə, ABŞ-ın Kaliforniya ştatında Xocalı faciəsinin dəhşətlərindən bəhs edən, 2017-ci ildə Los Anceles şəhərində…
Xocalı soyqırımından bəhs edən film Kaliforniya televiziya kanallarında nümayiş etdirilir.
Turkustan.info bildirir ki, Azərbaycanın Los Ancelesdəki Baş konsulluğundan Azvision.az -a verilən məlumata görə, ABŞ-ın Kaliforniya ştatında Xocalı faciəsinin dəhşətlərindən bəhs edən, 2017-ci ildə Los Anceles şəhərində amerikalı kinematoqraflar tərəfindən istehsal olunmuş “Zülmətdən qaçarkən” (Running from the Darkness) sənədli filmi bir sıra yerli ictimai kanallarda nümayiş etdirilir. 

Sözügedən film ABŞ-da Xocalı soyqırımı mövzusunda çəkilmiş ilk ekran əsəridir. Sənədli filmin nümayişi Azərbaycanın Los Ancelesdəki Baş konsulluğunun təşəbbüsü və dəstəyi, Şimali Kaliforniyada yaşayan soydaşımız Zərifə Musayevanın təşkilatçılığı ilə həyata keçirilir. 

Əsas süjet xətti Xocalı soyqırımının canlı şahidləri ilə aparılmış müsahibələr üzərində qurulmuş bu filmin nümayişinə Şimali Kaliforniyanın San Fransisko, San Xose, Kampbel, Mauntin Vyu, Los Altos, Palo Alto, Menlo Park, Aterton və digər şəhərlərindəki yerli ictimai kanallarda start verilib və nümayiş bir il müddətində davam edəcək. Sözügedən şəhərlər dünyanın yüksək texnologiyalar mərkəzi olan Silikon Vadisinə daxildir. 

Filmdə eyni zamanda Xocalıda törədilmiş dəhşətli hadisələrlə bağlı ABŞ-ın ştat qanunvericilərinin və tanınmış din xadimlərinin bu soyqırımını pisləyən açıqlamalarına, tədqiqatçı alim və jurnalist rəylərinə yer verilir, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın rəhbərliyi altında “Xocalıya Ədalət” beynəlxalq kampaniyası çərçivəsində görülən işlər işıqlandırılır.