Sinoptiklər yağışlı və qarlı hava vəd edirlər

Şrift
🔊 Xəbəri dinlə — Novruz (AI diktor)

Fevralın 28-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı  gözlənilir. Gecə və səhər bəzi yerlərdə zəif duman, çiskin olacaq. Axşam yağış yağacağı ehtimalı var. Mülayim şimal küləyi əsəcək.

Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatında deyilir.

Havanın temperaturu Abşeron yarımadasında gecə 3-6, gündüz 7-9, Bakıda gecə 4-6, gündüz 7-9 dərəcə isti təşkil edəcək.

Atmosfer  təzyiqi normadan yüksək 754 mm civə sütunu, nisbi rütubət 70-80 faiz olacaq.  

Rayonlarda arabir yağış yağacağı, bəzi yerlərdə intensiv olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Gecə və səhər ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi gündüz arabir güclənəcək.

Havanın temperaturu gecə 0-5, gündüz 7-11 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz  2-6 dərəcə isti təşkil edəcək.  

Vətənim Media Shorts

YouTube-da aç ↗