Gürcü Arzusu Partiyası və milyarder Bidzina İvanişvili Gürcüstanı girov götürüb.
Turkustan.info xəbər verir ki, bunu Gürcüstanın eks-prezidenti Mixail Saakaşvili deyib.
“Xazaradze bu gün parlamentdəki dinləmələr zamanı mənim İvanişvili və “TBC Bank” haqqında dediklərimi söylədi. Bu gün o, İvanişvilini 3 ağır cinayətdə ittiham etdi. Ölkəni klassik kriminal idarə edir və bütün əhali onun girovuna çevrilib. Xilas artıq yoldadır. Girovlar azad ediləcək, cinayətkar öz yerinə qayıdacaq”, – deyə o bildirib.
Qeyd edək ki, Xazaradze bundan öncə hökuməti onu təhdid etmək ittiham edib. /Axar.az/
