Nazir şairə yüksək vəzifə verdi

Şrift
🔊 Xəbəri dinlə — Novruz (AI diktor)
Əmək və Əhalinin Sosial Müdafiəsi Naziri Sahil Babayev 9 saylı region üzrə (Lənkəran, Astara, Lerik) Dövlət Əmək Müfəttişliyinə yeni rəis təyin edib.
Turkustan.info Unikal-a istinadən xəbər verir ki, S.Babayevin müvafiq əmri ilə 9 saylı region üzrə Dövlət Əmək Müfəttişliyinə Etibar Babalı oğlu Vəliyev təyinat alıb.
Qeyd edək ki, E.Vəliyev Azərbaycan Yazıçılar və Jurnalistlər Birliyinin üzvü, Prezident mükafaçısı, tanınmış şair-publisistdir. O, həmçinin 20 ildir 9 saylı region üzrə Dövlət Əmək Müfəttişliyində baş əmək müfəttişi vəzifəsində çalışıb.

Vətənim Media Shorts

YouTube-da aç ↗