VƏTƏNİM.MEDIA MÜSTƏQİL XƏBƏR PLATFORMASI
Vətənim Media
VƏTƏN • İNSAN • TARİX • SABAHAzərbaycanın xəbər, publisistika və milli yaddaş platforması
BAKI VAXTI--:--:--15.09.2026
HAVA • BAKI--°CYüklənir…
VALYUTA • AZNGÖZLƏNİLİR
USD
EUR
RUB
SON DƏQİQƏ
5 nəfərin öldüyü hadisədən tək o sağ çıxmışdı – Ailədəki 3-cü müəllim də vəfat etdiKamran Bilalovun saxlanılma səbəbi bəlli olduAzərbaycan İnvestisiya Holdinqi və L’İMAD strateji əməkdaşlıq sazişi imzaladı – FOTOLARAgentlik sədrinin müşaviri işdən çıxarıldı – FOTOPrezident Bakıda keçirilən beynəlxalq konfransların iştirakçılarını qəbul etdi – FOTOLARİlham Əliyev Hakan Fidanı qəbul etdi – FOTOLARƏziz Səncər Prezidentə təşəkkür etdiBu dövlət qulluğuna işə qəbul imtahanının qaydaları dəyişdirildiAta qızı ilə birgə kürəkəni öldürmüşdü – Hər ikisinə hökm oxunduMüdafiə naziri Çin Xalq Respublikasında işgüzar səfərdədir“15 sentyabr – Bakının Zəfər salnaməsi”İlham Əliyev Türkiyənin xarici işlər nazirini qəbul edibMüdafiə Nazirliyinin məlumatıİlham Əliyev Bakıda keçirilən beynəlxalq konfransların iştirakçılarını qəbul edib“Ürəyimə od saldı, ətəyin geri çəkdi…” – İlham Qəhrəmanın bayatıları5 nəfərin öldüyü hadisədən tək o sağ çıxmışdı – Ailədəki 3-cü müəllim də vəfat etdiKamran Bilalovun saxlanılma səbəbi bəlli olduAzərbaycan İnvestisiya Holdinqi və L’İMAD strateji əməkdaşlıq sazişi imzaladı – FOTOLARAgentlik sədrinin müşaviri işdən çıxarıldı – FOTOPrezident Bakıda keçirilən beynəlxalq konfransların iştirakçılarını qəbul etdi – FOTOLARİlham Əliyev Hakan Fidanı qəbul etdi – FOTOLARƏziz Səncər Prezidentə təşəkkür etdiBu dövlət qulluğuna işə qəbul imtahanının qaydaları dəyişdirildiAta qızı ilə birgə kürəkəni öldürmüşdü – Hər ikisinə hökm oxunduMüdafiə naziri Çin Xalq Respublikasında işgüzar səfərdədir“15 sentyabr – Bakının Zəfər salnaməsi”İlham Əliyev Türkiyənin xarici işlər nazirini qəbul edibMüdafiə Nazirliyinin məlumatıİlham Əliyev Bakıda keçirilən beynəlxalq konfransların iştirakçılarını qəbul edib“Ürəyimə od saldı, ətəyin geri çəkdi…” – İlham Qəhrəmanın bayatıları
07.03.2019 10:38 · gunaynovruz

Niderlandda yaşayan azərbaycanlı rəssam

Deyir ki,- "Avropaya dolanışıq üçün gələnlər qalıb vətəndə yaşasalar daha yaxşıdır. Çünki ruzi verən Allahdır, harada olsan səni dolandıracaq. Bura təhsil almaq, bacarıq və istedadlarını daha da təkmilləşdirmək istəyənlər üçün əlverişlidir"… Haqqında…

Deyir ki,- “Avropaya dolanışıq üçün gələnlər qalıb vətəndə yaşasalar daha yaxşıdır. Çünki ruzi verən Allahdır, harada olsan səni dolandıracaq. Bura təhsil almaq, bacarıq və istedadlarını daha da təkmilləşdirmək istəyənlər üçün əlverişlidir”…

Haqqında söhbət açdığım Rasim Hüseynov rəssamdır. 1964-cü ildə Bakının Zirə kəndində dünyaya gəlib. 1980-ci ildə 241 nömrəli məktəbdə orta təhsilini başa vuraraq, Əzimzadə adına Rəssamlıq Məktəbinə qəbul olunub. Dörd il orada oxuduqdan sonra, iki il əsgəri xidmət keçib. 1984-1992-ci illərdə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında rəssam ixtisasına yiyələnib. 1999-cu ildə Niderland Krallığına gələnədək müstəqil rəssam kimi fəaliyyət göstərib, müxtəlif sərgilərdə iştirak edib…

Əsasən Azərbaycan miniatür məktəbindən gələn ənənəni modern üsulda təqdim edən Rasim bəyin öz dəsti xətti var. Yağlı boya ilə işləməyə daha çox üstünlük verir. Kompazisiya, portret ən çox çəkdiyi əsərlərdəndir…

…Ömür-gün yoldaşı Vəfa Rüstəmova da rəssamdır. İki övladı var. Oğlu Hüseyn 27 yaşındadır, ali təhsillidir. Qızı Leyla isə orta məktəbdə təhsil alır…

Niderlandda yaşadığı müddətdə 100-ə yaxın sərgidə iştirak edib, onların bir çoxu fərdi sərgiləri olub. Bütün bunlarla yanaşı pedaqoji fəaliyyətlə də məşğuldur. 2008-ci ildən Sintlucas Boxtel Universitetində rəssamlıqdan dərs deyir…

Hamı kimi onun da arzuları var. İstəyir ki, əsərlərindən ibarət fotoalbom ərsəyə gətirsin, şəxsi qalareyası olsun. Övladlarının hər birini xoşbəxt görmək onun ən böyük arzusudur…

Azərbaycan naminə keçirilən ictimai tədbirlərdə iştirak edir. Milli, rəsmi bayramlarımızda tez-tez soydaşlarımızla bir araya gəlir. Sonuncu dəfə Brüseldə Avropa parlamentinin qarşısında Xocalı soyqrımına həsr olunan tədbirdə iştirak edib. Azərbaycanı çox sevdiyini dilə gətirib, istedadlı xalq olduğumuzu söyləyir…

Bəli, rəssamlara xas olan təmkinlə öz həyatından danışan bu istedadlı soydaşımız, böyük yol keçib. Qürbət ölkədə əsl Azərbaycan kişisinə xas olan xarakterik xüsusiyyətləri ilə xalqımıza başucalığı gətirir. Vətənimizi Niderlandda ləyaqətlə təmsil edir. Müdrik mülahizələri, kübar mədəniyyəti, yüksək davranışı ilə adamı heyran edən bu vətənpərvər rəssama yeni-yeni yaradıcılıq uğurları arzulayırıq…

Elman Eldaroğlu,
ABŞ, Miçiqan

Görüntünün olası içeriği: 2 kişi

Görüntünün olası içeriği: 6 kişi, gülümseyen insanlar, ayakta duran insanlar, ayakkabılar ve iç mekan

Fotoğraf açıklaması yok.