50 qadına əvvəl təcavüz etdilər, sonra başlarını kəsib öldürdülər

Şrift
🔊 Xəbəri dinlə — Novruz (AI diktor)

İŞİD terror təşkilatı Suriyada son qalası hesab edilən Bagozda 50 yezidi qadının başını kəsərək öldürüb.

Publika.az xəbər verir ki, İraqın miqrasiya naziri Nofel Baha Musəvi öldürülən qadınların sümüklərinin ölkəyə gətiriləcəyini açıqlayıb.

Bu qadınların İŞİD-in 5 il əvvəl qaçırıb təcavüz edərək öldürüldüyü bildirilib. Məlumata görə, həmin qadınların meyiti Bagozda bir qəbristanlıqda toplu şəkildə dəfn edilib.

Qeyd edək ki, 2014-cü ilin avqust ayında İŞİD 450 min yezidinin yaşadığı Şenqal bölgəsində silahlı hücum həyata keçirmişdi. Bu zaman minlərlə yezidi öldürülmüş, çoxu qaçırılmışdı. Birləşmiş Millətlər Təşkilatı və İraq İŞİD-in yezidilərə qarşı həyata keçirdiyi bu hadisəni soyqırımı adlandırmışdı

Müstəqil.Az 

Vətənim Media Shorts

YouTube-da aç ↗