VƏTƏNİM.MEDIA MÜSTƏQİL XƏBƏR PLATFORMASI
Vətənim Media
VƏTƏN • İNSAN • TARİX • SABAHAzərbaycanın xəbər, publisistika və milli yaddaş platforması
BAKI VAXTI--:--:--15.09.2026
HAVA • BAKI--°CYüklənir…
VALYUTA • AZNGÖZLƏNİLİR
USD
EUR
RUB
SON DƏQİQƏ
Prezident İlham Əliyev: Azad olunmuş ərazilərdə artıq 12 məscid bərpa edilibPrezident İlham Əliyev: Avropa Şurası faktiki olaraq işğalı dəstəkləyibPrezident: Türk dünyası, Qafqaz, İslam aləmi bir yerdə olanda heç kim bizə bata bilməzİlk dərs günündə canlı yayım açıb elektron siqaret çəkdilər –Prezident İlham Əliyev: Xalqımıza qarşı törədilən vəhşilikləri heç vaxt unutmayacağıqPrezident İlham Əliyev: Biz mülki şəxslərə qarşı heç vaxt müharibə aparmamışıq, bu, xalqımızın mentalitetinə ziddirPrezident İlham Əliyev: Əlimizdən gələni edəcəyik ki, müsəlman aləmi vahid bir ailə kimi birləşsinPrezident İlham Əliyev dini liderlərlə görüşdə Ermənistanın məscidlərə qarşı dağıdıcı münasibətindən danışıbPrezident İlham Əliyev: Dünyada və xüsusilə müsəlman aləmində baş verən bəzi hadisələr hamımızı narahat edirPrezident İlham Əliyev: Azərbaycan xalqı dünyada bir presedent yaratdıAzərbaycan 8 ay ərzində Ermənistana 17,6 milyon dollar dəyərində məhsul ixrac edibPrezident İlham Əliyev: Azərbaycan xalqı dünya mədəniyyətinə bir çox dahi şəxsiyyətlər bəxş edibPrezident İlham Əliyev: Müsəlman dini liderlərin hər bir sözü müsəlman icmaları üçün çox dəyərlidirVəzifəsindən azad edilən icra başçısı kimdir? – DosyeAnar Bayramov bu xəstəxananın da direktorunu işdən çıxardıPrezident İlham Əliyev: Azad olunmuş ərazilərdə artıq 12 məscid bərpa edilibPrezident İlham Əliyev: Avropa Şurası faktiki olaraq işğalı dəstəkləyibPrezident: Türk dünyası, Qafqaz, İslam aləmi bir yerdə olanda heç kim bizə bata bilməzİlk dərs günündə canlı yayım açıb elektron siqaret çəkdilər –Prezident İlham Əliyev: Xalqımıza qarşı törədilən vəhşilikləri heç vaxt unutmayacağıqPrezident İlham Əliyev: Biz mülki şəxslərə qarşı heç vaxt müharibə aparmamışıq, bu, xalqımızın mentalitetinə ziddirPrezident İlham Əliyev: Əlimizdən gələni edəcəyik ki, müsəlman aləmi vahid bir ailə kimi birləşsinPrezident İlham Əliyev dini liderlərlə görüşdə Ermənistanın məscidlərə qarşı dağıdıcı münasibətindən danışıbPrezident İlham Əliyev: Dünyada və xüsusilə müsəlman aləmində baş verən bəzi hadisələr hamımızı narahat edirPrezident İlham Əliyev: Azərbaycan xalqı dünyada bir presedent yaratdıAzərbaycan 8 ay ərzində Ermənistana 17,6 milyon dollar dəyərində məhsul ixrac edibPrezident İlham Əliyev: Azərbaycan xalqı dünya mədəniyyətinə bir çox dahi şəxsiyyətlər bəxş edibPrezident İlham Əliyev: Müsəlman dini liderlərin hər bir sözü müsəlman icmaları üçün çox dəyərlidirVəzifəsindən azad edilən icra başçısı kimdir? – DosyeAnar Bayramov bu xəstəxananın da direktorunu işdən çıxardı
20.03.2019 11:29 · gunaynovruz

Orenburqun azərbaycanlı idmançısı

Xalqımızın başını xarici ölkələrdə uca edən qeyrətli oğullar az deyil. Onların hər biri hörmətə, ehtirama layiqdir. Bu gün sizə onlardan biri, 25 yaşlı Qabil Məmmədovdan söhbət açmaq istəyirəm. O, 1994-cü ildə Rusiyanın…

Xalqımızın başını xarici ölkələrdə uca edən qeyrətli oğullar az deyil. Onların hər biri hörmətə, ehtirama layiqdir. Bu gün sizə onlardan biri, 25 yaşlı Qabil Məmmədovdan söhbət açmaq istəyirəm. O, 1994-cü ildə Rusiyanın Orenburq şəhərində dünyaya gəlib. 2011-ci ildə orta məktəbi bitirərək Orenburq Dövlət Universitetinə qəbul olunub. 2016-cı ildə oranı mühəndis kimi başa vurub. 2016-2018-ci illərdə həmin universitetin magistraturasında oxuyaraq biznesin idarə olunması ixtisasına yiyələnib(MBA). Hazırda aspiranturaya hazırlaşır…

…Atası Habil Məmmədov Orenburqda polis işləyirmiş. 2000-ci ildə məzuniyyət götürərək ata-baba yurdu Naftalana gedir ki, 6 yaşlı oğlu Qabilə kiçik toy eləsin. Dəvətnamə paylanılır, hazırlıq görülür, çadır qurulur, toya bir gün qalanda Habil insult keçirərək dünyasını dəyişir. O vaxtdan Qabil və bacısı Əskinaz atasız, anası Könül xanımın himayəsində böyüyürlər…

10 yaşından idmanın boks növü ilə məşğul olur. İlk uğuru 2009-cu ildə 14-15 yaşlılar arasında keçirilən Rusiya boks çempionatında gümüş medalı qazanmaqla əldə edir. Sonradan 2011-ci ildə Rusiya çempionu olur. Həmin il Avropa çempionatında ikinci yerə çıxır. Beləliklə illər keçdikcə bir sıra nailiyyətlərə imza atır. Rusiya boks çempionatlarında, müəyyən yaş kateqoriyaları üzrə dəfələrlə II, III yerlərə qalxır. İki dəfə Rusiya çempionu adına layiq görülür. Hazırda Soçi şəhərində Almaniyada keçiriləcək boks turnirinə hazırlıq məşqlərində iştirak edir…

Orenburq şəhərindən idman üzrə son 42 ildə heç kim onun qazandığı uğurlara nail ola bilməyib. Ona görə də Qabilin şəkilini böyüdərək şəhərin müxtəlif yerlərində nümayiş etdirirlər. Sizə zarafat gəlməsin, azərbaycanlı balasının şəkilləri görün nə qədər düşmənimizin gözünə ox kimi batır…

Qeyrətli oğuldur, deyir ki,- “Atam vəfat edəndən sonra, anam uşaq bağçasında, çörək sexində işləyərək bizi böyüdüb. Bilirəm ki, çox əziyyətlər çəkib. Əlim çörəyə çatan kimi onu işdən çıxartdım, qoymadım işə getsin. Sevinirəm ki, evi dolandıra bilirəm. Bir bacım var, o da azərbaycanlı ilə ailə qurub, Orenburqda yaşayırlar”…

Azərbaycanı canından əziz bilir. Rusiyada doğulub böyüsə də azərbaycan dilində təmiz danışır, milli kimliyini itirməyib. Vaxt tapan kimi ata-baba yurduna, doğmalarını ziyarət etməyə gedir…

Danışdıqca bu güclü, amma mehriban, təvazökar gəncin davranışını diqqətlə müşahidə edirdim. Sevinirdim ki, xalqımın belə qeyrətli gəncləri var və idmanla yanaşı təhsildə də uğur qazanmağı bacarırlar. İdman bədəndə sağlam ruh deməkdirsə, təhsil zəkada, idrakda sağlam düşüncə deməkdir.
Bəli, gəncliyi hər tərəfli sağlam olan xalqın gələcəyi parlaq olur…

Elman Eldaroğlu,
ABŞ, Miçiqan

Görüntünün olası içeriği: 1 kişi, gülümsüyor, ayakta

Görüntünün olası içeriği: 3 kişi, spor yapan insanlar

Görüntünün olası içeriği: 1 kişi, gökyüzü, bulut, ağaç ve açık hava

Görüntünün olası içeriği: 1 kişi, gökyüzü ve açık hava

Görüntünün olası içeriği: 1 kişi, gökyüzü, ağaç ve açık hava