Prezident İlham Əliyev rəsmi Tvitter səhifəsində Paris Notr-Dam Kilsəsində baş verən yanğınla bağlı yazıb.
Prezident baş verən yanğından kədərləndiyini bildirib.
“Fransanın və dünyanın mədəni irs incilərindən biri olan Paris Notr-Dam Kilsəsində baş verən yanğınla bağlı dərindən kədərləndim. Ümid edirəm ki, abidə qısa müddət ərzində bərpa olunaraq yenidən bəşəriyyətə qaytarılacaq”, – Prezident İlham Əliyev yazıb.(publika.az)

