Səttarov Eldəniz Cəfər oğlu 03 Aprel 1986-cı ildə Abşeron rayonu, Xırdalan şəhərində anadan olub.
1992-ci ildə Yevlax şəhər Q.Məhərrəmov adına 4 saylı orta məktəbin birinci sinifinə daxil olub. 2003-cü ildə həmin məktəbin 11-ci sinifini bitirib.
2003-cü ildə Azərbaycan Beynəlxalq Universitetinin ” Gömrük İşinin Təşkili” fakultəsinin əyani şöbəsinə qəbul olub. 2007-ci ildə həmin Universiteti “İnzibati İdarəetmə” ixtisası üzrə bitirib.
18 Yanvar 2008-ci ildə Abşeron rayon Hərbi Komissarlığından könüllü olaraq həqiqi hərbi xidmətə gedib. 02.01.2009-cu ildə xidmət müddətini başa vurub, ordu sıralarından ehtiyyata buraxılıb.
04.05.2009-cu ildə Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Dövlət Torpaq Kadastrı və Monitorinqi Elm-İstehsalat Mərkəzinin Yevlax Regional Torpaq Kadastr Mərkəzində 1-ci dərəcəli geodezist vəzifəsinə təyin edilib. 02.05.2011-ci ildə Dövlət Torpaq Kadastrı və Monitorinqi Elm-İstehsalat Mərkəzinin Gəncə Regional Torpaq Kadastr Mərkəzinə mühəndis vəzifəsinə göndərilib. 10.05.2013-cü ildən 30.09.2014-cü ilə qədər həmin Mərkəzdə rəis vəzifəsini icra etmişdir.
Ali ixtisasını davam etdirmək üçün 2012-ci ildə Azərbaycan Dövlət Aqrar Universitetinin “Yer qruluşu Torpaq və şəhər kadastrı” fakultəsinə daxil olub və həmin Universiteti “aqromühəndis” ixtisası üzrə bitirib.
30.09.2014-cü ildə Gəncə şəhər İcra Hakimiyyəti, Memarlıq və Şəhərsalma İdarəsinin “İqtisadçı” vəzifəsinə təyin edilib.
05.01.2015-ci ildə Gəncə şəhər İcra Hakimiyyəti, Memarlıq və Şəhərsalma və Kadastr şöbəsinin rəisi vəzifəsinə təyin edilib.
10.06.2015-ci ildə Gəncə şəhər İcra Hakimiyyəti Başçısı Aparatının Memarlıq və Tikinti şöbəsinin “Baş Məsləhətçi” vəzifəsinə təyin edilib və 27.03.2017-ci ildə “Kiçik Dövlət Qulluqçusu” ixtisas dərəcəsini alıb.
26.12.2017-ci ildə “DAN” MMC kərpic zavodunun direktor müavini vəzifəsinə təyin edilib.
11.01.2018-ci ildə “DAN” MMC kərpic zavodunun direktoru vəzifəsinə təyin edilib.
15.07.2019-cu ildə Bakı şəhər “Bakı Fəhləsi Maşınqayırma Zavodu” ASC-nin sədr müavini, 29.12.2019-cu ildə isə sədrin 1-ci müavini vəzifəsinə təyin edilib. Hal-hazırda həmin vəzifəni icra edir.
Ailəlidir, iki övladı var.
