Namiq Həsənov “Tarixi birlikdə öyrənək” layihəsində bu dəfə Yakov Cuqaşvili 18 mart 1907-ci ildə Rusiya imperiyasının Kutaisi quberniyasında doğulub..
Yakov Cuqaşvili 18 mart 1907-ci ildə Rusiya imperiyasının Kutaisi quberniyasında doğulub. Bəzi mənbələrdə onun Bakıda anadan olduğu göstərilir. İosif Stalinin dörd övladından biri idi.
Stalinin ilk həyat yoldaşı Yekaterina Svanidzedən olan ilk övladıdır. Böyük Vətən Müharibəsinin ilk günlərindən cəbhəyə yollanır. Sovet Ordusunda göstərdiyi xidmət nəticəsində baş leytenant rütbəsi alır və batareya komandiri vəzifəsinə qədər yüksəlir.
Onun bacarıqlı topçu kimi döyüşdüyü də mənbələrdə öz əksini tapıb. 1941-ci ilin yay aylarında baş vermiş Smolensk döyüşü zamanı, iyulun 16-da Yakov almanlara əsir düşüb. G.
Jukov onun barəsində məlumat toplamağı əmr edib, amma alınmayıb. Bu xəbəri Stalinə verməyə qorxurdular. Amma almanlar təyyarələr vasitəsilə Yakov barədə vərəqlər yayırdılar.
Vərəqin birinci uzündə "Yakov alman zabitləri ilə söhbət edir…" məzmunlu yazı, ikinci səhifəsində Yakovun atasına məktubu verilir və hər şeyin yaxşı olduğu bildirilir. O, əsirlikdə özünü ləyaqətlə aparır və ilk dindirmə zamanı verilən 150-dən artıq sualı təmkinlə cavablandırır. Stalinə bu xəbəri A.
Jdanov çatdırır. Onu Stalinqradda əsir düşən feldmarşal Paulyusla dəyişmək təklifinə Stalin rədd cavabı verir və sonralar məşhur olan bu ifadəni işlədir: "Mən feldmarşalı əsgərə dəyişmirəm". Hətta başqalarına səxavətlə orden və medallar paylasa da, öz oğlunu mükafatlandırmır.
Bəzi mənbələrdə onun oğlunu əsirlikdən azad etməməsi və mükafata layiq görməməsini münasibətləri korlanan həyat yoldaşı Yekaterinadan qisas almaq məqsədi ilə etdiyi də yazılır. Yalnız 1977-ci ildə Yakov olümündən sonra I dərəcəli Vətənə Xidmətə görə ordeni ilə təltif olunur. Son olaraq onu da deyək ki, Berlin şəhəri yaxınlığında yerləşən Zaksenhauzen həbs düşərgəsinə gətirilən Yakov Cuqaşvili 1943-cü il aprelin 14-də düşərgədən qaçmaq istəyərkən elektrik məftillərinə toxunaraq həlak olub…
