Vətənim Media xəbər verir ki, oktyabrın 13-də Ağdaş və Göyçay rayonlarının bəzi kəndlərində təmir işləri ilə əlaqədar elektrik enerjisinin verilişi müvəqqəti məhdudlaşdırılacaq. Ağdaş Elektrik Şəbəkəsinin 10 kV-luq hava xətlərində və komplekt transformator məntəqəsində təmir aparılacaq, həmçinin xətlərə toxunan ağaclar budanacaq.
Ağdaşın Ağzıbir, Aşağı Nemətabad, Hacılar, Xınaxlı, Kotavan, Qaraoğlan, Qobuüstü, Pirəzə, Pirkəkə, Yenikənd və Yuxarı Nemətabad kəndlərinin bir hissəsində saat 10:00-dan 15:00-dək elektrik təchizatında məhdudiyyət olacaq. Göyçayın Qaraməryəm, Qarayazı, Şahsoltanlı və Yekəxana kəndlərinin bəzi ərazilərində isə fasilə saat 11:00-dan 16:00-dək davam edəcək. İşlər başa çatdıqdan sonra ərazilərdə elektrik enerjisinin daha keyfiyyətli və dayanıqlı verilməsi nəzərdə tutulur.
Əsas mənbə: APA
