Denikin Anton İvanoviç (16 dekabr, 1872-ci ildə Rusiya imperiyasının tabeliyində olan Pol…

Şrift
Denikin Anton İvanoviç (16 dekabr, 1872-ci ildə Rusiya imperiyasının tabeliyində olan Pol…

Namiq Həsənov “Tarixi birlikdə öyrənək” layihəsində bu dəfə Denikin Anton İvanoviç (16 dekabr, 1872-ci ildə Rusiya imperiyasının tabeliyində olan Pol….

Denikin Anton İvanoviç (16 dekabr, 1872-ci ildə Rusiya imperiyasının tabeliyində olan Polşa çarlığının Şpetal ərazisində doğulub. Oktyabr çevrilişindən (1917) sonra sovet hakimiyyətinə qarşı mübarizə aparan hərbi qüvvələrin başçılarından biri, general-leytenant (1916) olub. Birinci dünya müharibəsində (1914–1918) briqada, diviziya, korpus komandiri, cəbhə komandanı olub.

Generallar L. G. Kornilov və M.

Alekseyevlə birlikdə Donda Könüllü ordunun yaradılmasında iştirak edib, Kornilov öldürüldükdən sonra ordunun komandanı təyin edilib(1918). "Rusiyanın cənubundakı silahlı qüvvələr"in baş komandanı kimi bolşevik hakimiyyətinə qarşı barışmaz mübarizə aparıb. Denikin 1918-ci ilin iyulunda Moskva üzərinə hücuma keçərək, sovet hökuməti üçün ciddi təhlükə yaradıb.

Denikin qoşunları 1919-cu ilin yazında bütün Şimali Qafqazı tutub, Dağıstana girib, Azərbaycan sərhədlərinə gəlib çatmışdı. "Vahid və bölünməz Rusiya" şüarı ilə çıxış edən Denikin Rusiya imperiyasının əsarəti altında olan xalqların öz müqəddəratını təyin etmək hüququnu qətiyyən qəbul etmirdi. Denikin təhlükəsinə qarşı Azərbaycanda Dövlət Müdafiə Komitəsi yaradıldı, ölkədə hərbi vəziyyət elan olundu.

Denikin ordusu ilə Azərbaycan arasında demarkasiya xətti müəyyənləşdirildi.1919-cu il iyunun 16-da Denikin təhlükəsinə qarşı Azərbaycanla Gürcüstan arasında hərbi-müdafiə paktı imzalandı. Azərbaycan Xalq Cümhuriyyəti Dağıstan xalqlarının Denikinə qarşı mübarizəsini dəstəkləmişdi. Bu məqsədlə də dövlət büdcəsindən 50 milyon rubl (2.5 milyon funt sterlinq) ayrılmışdı və bu məbləğ AXC-nin büdcəsinin 1/8-ni təşkil edirdi.

Hərbi uğursuzluqlar, sovet ordusunun qaçılmaz qələbəsi şəraitində Denikin 1920-ci il fevralın 7-də Cənubi Qafqaz respublikalarının müstəqilliyini tanıdığını bildirmişdi. 1920-ci ilin martında Könüllü ordu Şimali Qafqazda sovet ordusu tərəfindən məğlub edildikdən sonra Denikin Krıma qaçır, komandanlığı general Vrangelə təhvil verərək (1920, 4 aprel), xaricə mühacirət edir. 8 avqust 1947-cildə, ABŞ-nin Miçiqan ştatının Ann-Arbor şəhərində vəfat edir…

MƏNBƏNamiq Həsənovun TikTok səhifəsi — orijinal videoya bax ↗Material Namiq Həsənovun icazəsi ilə Vətənim.Media-da yayımlanır.

Namiq Həsənovun digər tarixi materiallarına bax →

Vətənim Media Shorts

YouTube-da aç ↗