Namiq Həsənov “Tarixi birlikdə öyrənək” layihəsində bu dəfə Cəmşid Naxşıvanski 23 avqust 1895-ci ildə Naxçıvan şəhərində balıqçı və süvari generalı H….
Cəmşid Naxşıvanski 23 avqust 1895-ci ildə Naxçıvan şəhərində balıqçı və süvari generalı Hüseynxan Naxçıvanskinin qardaşı, istefada olan rotmistr (kapitan) Cəfərquluxan Naxçıvanskinin ailəsində doğulub.1915-ci ildə Yelizavetqrad (Qərbi Ukrayna) qvardiya məktəbini bitirib. I Dünya müharibəsində müsəlmanlardan təşkil olunmuş süvari eskadronun komandiri olub "Brusilov cəbhəsi"nin yarılmasında iştirak edib. Cənub-Qərb cəbhəsi dağıdıldıqdan sonra C.
Naxçıvanski başçılıq etdiyi süvari alayı ilə birgə Azərbaycana qayıdıb.15 sentyabrda Qafqaz İslam ordusu və Azərbaycan Əlahiddə Korpusu ilə birgə Bakını daşnak, ermənilərdən ibarət olan və ingilislərə arxalanan "Sentrokaspi Diktaturası" qüvvələrindən təmizləmişdi. AXC-nin hərbi naziri Səmədbəy Mehmandarovun 24 mart 1920-ci il tarixli əmri ilə I süvari tatar alayının komandiri podpolkovnik Cəmşid Naxçıvanski II Qarabağ süvari alayının komandiri təyin edilir. 1920-ci ilin martında onun Qarabağda (Şuşada) yerləşən alayı daşnaklara və daxili düşmənlərə qarşı döyüş əməliyyatlarında fəal iştirak edib.1920-ci ilin aprelində Azərbaycanda sovet hakimiyyəti bərqərar olduqdan sonra onun süvari alayı bolşeviklər tərəfinə keçir.
N. Nərimanov Şuşaya, Cəmşid Naxçıvanskiyə dərhal Bakıya qayıtmaq, milli ordu hissələrinin təşkilinə başlamaq haqqında teleqram göndərir. Cəmşid Naxçıvanski Bakıda yaradılmış Azərbaycan Birləşmiş Komanda Məktəbinin rəisi, 1921-ci ilin dekabrında isə Azərbaycanın ilk milli atıcı diviziyasının komandiri təyin edilir.
1923 və 1928-ci illərdə Moskvada Frunze Adına Ali Hərbi Akademiya kurslarında oxuyur, Azərbaycana qayıtdıqdan sonra yenidən diviziya komandiri olur. 1922–1929-cu illərdə general Əliağa Şıxlinskinin təşəbbüsü ilə Azərbaycan dilində nəşr olunan "Hərbi bilik" jurnalının redaktorlarından biri idi. 1931-ci ildə C.
Naxçıvanskinin həbs olunması haqqında 273 saylı order verilir və həmin orderin surəti hazırda Naxçıvan şəhərində yerləşən "Xan sarayı" muzeyindədir. C. Naxçıvanski Moskvaya M.
V. Frunze adına Ali Hərbi-Siyasi Akademiyaya oxumağa göndərilir. 1935-ci ildə briqada komandiri vəzifəsinə təyin olunur.
XX əsrin 30-cu illərinin ortalarında C. Naxçıvanski guya başçılıq etdiyi "casus təxribat dəstəsi" ilə mühacirətdə olan qardaşları Davudxan və Kəlbəli xanla (Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra onlar rəsmi icazə alıb İrana getmiş, qısa müddətdə Şah qvardiyasında yüksək rütbələrə çatmışdılar. Sovet hökuməti onların antisovet fəaliyyətini dayandırmaq üçün İran hökumətinə notalar verir.
Kəlbalı xan Azərbaycanla sərhəddə xidməti vəzifəsindən uzaqlaşdırılır. Cəmşid Naxçıvanskinin Sovet Ordusunda briqada komandiri olmasını, ata-babalarının isə rus ordusunun tərkibində İran ordusuna qarşı vuruşmasını bilən şah onları güllələdir. Qızıl Orduda kütləvi repressiyaların başladığı bir dövrdə C.
Naxçıvanski 20 may 1938-ci ildə antisovet təşkilatın işində iştirakda günahlandırılaraq üçüncü dəfə həbs edilir 26 avqust 1938-ci ildə Lefortovo zindanında SSRİ Ali Məhkəməsinin Hərbi Kollegiyasının sədri Vasili Vasilyeviç Ulrixin sədrliyi ilə keçirilən səyyar məhkəmə iclasında o, Sovet hökumətinin devrilməsi məqsədilə sui-qəsddə iştirakda və casusluqda günahkar hesab edildi. O, əmlakı müsadirə edilməklə güllələnmə cəzasına məhkum edildi və hökm dərhal icra edilməli idi. Elə həmin gün Cəmşid Naxçıvanski güllələndi.
O, Moskvadan 26 km aralıda Kaluqa şossesi yaxınlığında sabiq xalq komissarı Henrix Yaqodanın keçmiş bagında, "Kommunarka" adlanan, Stalin repressiyasının bir çox qurbanlarının uyuduğu qardaşlıq məzarlığında dəfn olunur… C. Naxçıvanski Azərbaycan SSR və Zaqafqaziya Sovet Federativ Sosialist Respublikası Mərkəzi İcraiyyə Komitəsinin üzvü idi.
O, Qırmızı Bayraq, Qırmızı Əmək Bayrağı, Qırmızı Ulduz ordenləri ilə təltif edilmişdir. 1956-cı ildə Cəmşid Naxçıvanski tam bəraət aldı. Bakıda hərbi lisey və paytaxt küçələrindən biri Cəmşid Naxçıvanskinin adını daşıyır, Naxçıvanda xatirə muzeyi fəaliyyət göstərir…
