1920-ci il aprelin 28-də Azərbaycan İnqilab Komitəsi yeni hökumətin-Azərbaycan SSR Xalq K…

Şrift
1920-ci il aprelin 28-də Azərbaycan İnqilab Komitəsi yeni hökumətin-Azərbaycan SSR Xalq K…

Namiq Həsənov “Tarixi birlikdə öyrənək” layihəsində bu dəfə 1920-ci il aprelin 28-də Azərbaycan İnqilab Komitəsi yeni hökumətin-Azərbaycan SSR Xalq K….

1920-ci il aprelin 28-də Azərbaycan İnqilab Komitəsi yeni hökumətin-Azərbaycan SSR Xalq Komissarları Sovetinin tərkibini təsdiq etdi: Nəriman Nərimanov-XKŞ-nin sədri və xalq xarici işlər komissarı; Çingiz İldırım-xalq hərbi-dəniz işləri komissarı; Möhsün İsrafilbəyov-xalq hərbi-dəniz işləri kommisarlığı siyasi idarəsinin rəisi; Həmid Sultanov-xalq daxili işlər komissarı; Əliheydər Qarayev-xalq əmək və ədliyyə komissarı; Qəzənfər Musabəyov-xalq kənd təsərrüfatı, ticarət, sənaye və ərzaq komissarı; Mirzə Davud Hüseynov-xalq maliyyə komissarı; Nəsir Tağıyev-xalq maliyyə komissarının müavini; Səməd ağa Ağamalıoğlu-xalq əkinçilik komissarı; Dadaş Bünyadzadə-xalq torpaq və xalq fəhlə-kəndli müfəttişliyi komissarı; Cəmil bəy Vəzirov-xalq poçt, teleqraf və yollar komissarı; Abid Alimov-xalq səhiyyə və himayə komissarı; Ağahüseyn Kazımov-xalq səhiyyə və himayədarlıq komissarının müavini. Bu, Azərbaycanın sovet hökumətinin ilk kabineti idi. 1920-ci ilin avqustunda isə Kiçik Xalq Komissarları Soveti yaradıldı.

Onun əsas vəzifəsi Azərbaycan SSR İnqilab Komitəsinin səlahiyyətinə aid olan məsələləri ətraflı müzakirə etmək və hazırlamaq idi. İyun ayında N. Nərimanov xalq xarici işlər komissarı vəzifəsindən ayrıldı, bu vəzifə o tarixədək xalq maliyyə komissarı olmuş Mirzə Davud Hüseynova tapşırıldı.

Xalq maliyyə komisarının müavini Nəsir Tağıyev isə xalq maliyyə komissarı təyin edildi. Həmçinin xalq səhiyyə və himayədarlıq komissarı Abid Alimovu vəzifəsində müavini Ağahüseyn Kazımov əvəz etdi. 12 iyun 1920-ci ildə o tarixədək xalq əmək və ədliyyə komissarı vəzifəsini tutmuş Əliheydər Qarayev xalq hərbi-dəniz işləri komissarının vəzifələrini icra edən olaraq təyin edildi.

21 iyun tarixində o komissar vəzifəsinə təyin edildi və bu vəzifəni 1 fevral 1923-cü ilədək daşıdı. Sabiq xalq hərbi-dəniz işləri komissarı Çingiz İldırım isə Azərbaycan SSR Avtonəqliyyət İdarəsinin rəisi vəzifəsinə təyin edildi. Xalq əmək və ədliyyə komissarı vəzifəsinə isə Behbud ağa Şahtaxtinski təyin edildi.

10 noyabr 1920-ci ildə Xalq Ədliyyə Komissarlığı, Xalq Əmək Komissarlığı və Xalq Sosial Təminat Komissarlığının yaradılması qərara alındı. Seyidcəfər Yaqubov xalq əmək, Möhsün Qədirli isə xalq sosial təminat komissarı vəzifəsinə təyinat aldı.27 noyabr 1920-ci ildə çevrilmə və birləşmə yolu ilə Xalq Xarici Ticarət Komissarlığı təsis edildi və Teymur Əliyev komissar vəzifəsinə təyinat aldı. 21 may 1921-ci ildə yeni tərkibdə Azərbaycan SSR Mərkəzi İcraiyyə Komitəsinin ilk sessiyası keçirildi və sessiyada Xalq Komissarları Şurasının tərkibi təsdiqləndi: Nəriman Nərimanov-Xalq Komissarları Şurasının sədri; Mirzə Davud Hüseynov-xalq xarici işlər komissarı və Ali İqtisadi Şuranın sədri; Əliheydər Qarayev-xalq hərbi-dəniz işləri kommisarı.

Həmid Sultanov-xalq daxili işlər komissarı; Sultanməcid Əfəndiyev-xalq kənd təsərrüfatı komissarı; Dadaş Bünyadzadə-Xalq Komissarları Şurasının sədr müavini və xalq maarifi komissarı; Möhsün Qədirli-xalq sosial təminat komissarı; Ağahüseyn Kazımov-xalq səhiyyə komissarı; Behbud ağa Şahtaxtinski-xalq fəhlə və kəndli müfəttişliyi komissarı; Çvanov-xalq ədliyyə komissarı; Levon Mirzoyan-xalq əmək komissarı; Böyükağa Talıblı-Xalq Təsərrüfatı Şurasının sədri; Nəsir Tağıyev-xalq maliyyə komissarı; Cəmil bəy Vəzirov-xalq poçt və teleqraf komissarı; Aleksandr Serebrovski-neftkomun ("Azneft")sədri; Mir Cəfər Bağırov – Azərbaycan Fövqəladə Komissiyasının sədri. 28 noyabr 1921-ci ildə Möhsün Qədirli xalq səhiyyə komissarı vəzifəsinə təyin edildi, o tarixədəki komissar Ağahüseyn Kazımov isə onun müavini oldu. Möhsün Qədirli 21 yanvar 1935-ci ilədək bu vəzifəni tutdu.

1927-ci ildə Xalq Komissarları Soveti tərkibində Mərkəzi Statistika İdarəsi təsis edildi. Ümumiyyətlə, tərkibində ərkibində 17 komissarlıq fəaliyyət göstərən və 1920-1946-cı illərdə mövcud olan qurumun sədrləri müvafiq olaraq aşağıdakı şəxslər olub: Nəriman Nərimanov, Qəzənfər Musabəyov, Dadaş Bünyadzadə, Mir Cəfər Bağırov, Hüseyn Rəhmanov və Teymur Quliyev…

MƏNBƏNamiq Həsənovun TikTok səhifəsi — orijinal videoya bax ↗Material Namiq Həsənovun icazəsi ilə Vətənim.Media-da yayımlanır.

Namiq Həsənovun digər tarixi materiallarına bax →

Vətənim Media Shorts

YouTube-da aç ↗