Çar Rusiyası ordusunun polkovniki olmuş Yusif bəy Məmmədağa oğlu Tahirov 1893-cü ildə Nax…

Şrift
Çar Rusiyası ordusunun polkovniki olmuş Yusif bəy Məmmədağa oğlu Tahirov 1893-cü ildə Nax…

Namiq Həsənov “Tarixi birlikdə öyrənək” layihəsində bu dəfə Çar Rusiyası ordusunun polkovniki olmuş Yusif bəy Məmmədağa oğlu Tahirov 1893-cü ildə Nax….

Çar Rusiyası ordusunun polkovniki olmuş Yusif bəy Məmmədağa oğlu Tahirov 1893-cü ildə Naxçıvan şəhərində doğulub. Rus şərqşünası N. K.

Smirnov Tahirovların Kəngərli tayfasının bir qolu olduğunu qeyd edir.1911-ci ildə "Səda" qəzeti yazırdı: "Yanvarın 30-da …dram cəmiyyətini idarə etmək üçün 8 nəfərdən ibarət-Nadir bəy Qayıbov, Eynəli bəy Sultanov, Yusif bəy Tahirov, Mirrövşən bəy Əfəndizadə və Əlimirzə bəy Nərimanov və digərləri seçildilər". Və o, Tiflisdə ilk teatr binasını təşkil etmişdir. Gürcü əyanlar teatrında yerləşən cəmiyyətin 5 nəfərdən ibarət bürosu və 40 nəfərdən artıq üzvü var idi.

Teatr cəmiyyətinin ilk sədri Yusif bəy Tahirov idi və əslində bu cəmiyyətə əsaslı maddi köməyi də o edirdi. 1912-ci ildə aprelin 1-də, Tiflisdə Azərbaycan Xalq Evi-Auditoriyası açıldı. Hələ 1907–1908-ci illərdə Tiflisdə olan Həmidə xanım Məmmədquluzadə xatirələrində yazır: "Hər hansı bir tədbirin keçirilməsi üçün hökumət idarələrindən icazə almalı idik.

Rəislərdən icazə alınmasında Gövhər xanıma mərhum Yusif bəy Tahirov kömək edirdi". Naxçıvanın ən çətin günlərində vətənə dönən Yusif bəy silaha sarılıb düşmənlərə qarşı mərdliklə döyüşür.1918–20-ci illərdə onun ermənilərə aman verməməyi hər birimizdə qürur doğurur. Məsələn, Azərbaycan Parlamentinin 1919-cu il yanvarın 8-də çağrılan 7-ci iclasında Həsən bəy Ağayev İrəvan quberniyası əhalisinin nümayəndələrinin ərizəsini oxuyur.

Bu ərizəni imzalayanlardan biri Araz Türk Respublikasının yaradəcəlarəndan biri Yusif bəy Tahirov idi. Onun iki qızı, bir oğlu olub: Sofiya, Xurşid və Məmməd. Qızı Sofiya yazıçı Nağı Nağıyevin həyat yoldaşı olub.

Məmməd Tahirov isə Moskvada təhsil alıb və Böyük Vətən müharibəsində iştirak edib. O, ömrünün sonuna qədər (40 ildən çox) AMEA-nın Kibernetika İnstitutunun direktor müavini vəzifəsində çalışıb. Yusif bəy Tahirovun bacısı Nazlı xanım Tahirova milyonçu Tağıyevin qızlar məktəbində oxuyub, sonra Tiflisdə təhsilini davam etdirib.

Ona bu işdə qardaşı Yusif bəy maddi və mənəvi yardımçı olub. Nazlı xanım Naxçıvanda və İrəvanda müəllimlik edib, maarifçilik ideyalarını yaydığı üçün dəfələrlə ölümlə hədələnib. Böyük demokrat yazıçı Cəlil Məmmədquluzadə də çox hörmət etdiyi Nazlı xanımın pedaqoji fəaliyyəti haqqında çox yazıb.

O, şair Əliqulu Qəmküsarın əmisi oğlu, məşhur səttarxançı və bacarıqlı diplomat Nəcəfqulu Nəcəfovun həyat yoldaşı olub. Stalin dövründə sürgün həyatı yaşayıb. Doğmalarını güllələyiblər.

Özünü isə Tahirovların qızı, Nəcəfovların isə gəlini olduğuna görə uzun illər təqib ediblər. Tahirovların digər nümayəndəsi Abbasqulu bəy Cəfər ağa oğlu Tahirovdur. O, 1881-ci ildə Naxçıvanda doğulub.

Atası Cəfər ağa Naxçıvanın varlı və ziyalı adamlarından olub. Abbasqulu bəy Naxçıvanda "Qalabəyi" adı ilə tanınıb. Çünki o, uzun illər Ordubadda və Naxçıvanda pristav və komendant (qalabəyi) işləyib.

1918–1920-ci illərdə isə müsəlman milli komitəsinin üzvü və sədrlərindən biri olub. Mirzə Bağır Əliyevin gündəliyində onun Vətən uğrunda ermənilərlə apardığı döyüşlərdən maraqlı qeydlər var. O da 1937-ci ildə həbs edilib, Dağıstana siyasi sürgünə göndərilib.

Naxçıvanda və Qoridə təhsil alan, Naxçıvanın tərəqqisi və qorunması üçün əvəzsiz xidmətləri olan Abbasqulu bəyə erməni çekistlər olmazın əzablar veriblər. Dərbənddə o, 1943-cü ilədək-ölənə kimi meşəbəyi işləyib. Yeganə qızı Xanımı, sədaqətli həyat yoldaşı Mahusarəni bir daha görmək ona qismət olmayıb.

Abbasqulu bəy Yusif bəy Tahirovun dayısı oğludur. Deməli, Yusif bəyin anası məşhur hərbçi Novruz ağanın qızı, polkovnik İsmayıl ağanın bacısı olub. Yunis xan, həyat yoldaşı Ləli xanım (Abbasqulu Tahirovun baldızı), övladları Ziyad, Bəhman, Xanım, Mələk, Papıl Dərbənddə sürgündə yaşayırmışlar.

Yunis xan general İsmayıl xanın oğul nəvəsidir. Abbasqulu bəyin qızının övladları Naxçıvanın ən ləyaqətli ziyalılarından olublar. Onlardan biri "Şərq qapısı" qəzetinin keçmiş əməkdaşı mərhum Cəfər Kərimov idi.

Yusif bəy Tahirov 1938-ci ildə vəfat edib… RUHU ŞAD OLSUN!

MƏNBƏNamiq Həsənovun TikTok səhifəsi — orijinal videoya bax ↗Material Namiq Həsənovun icazəsi ilə Vətənim.Media-da yayımlanır.

Namiq Həsənovun digər tarixi materiallarına bax →

Vətənim Media Shorts

YouTube-da aç ↗