Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin sayca 13-cü Birinci katibi (1988–1990)…

Şrift
Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin sayca 13-cü Birinci katibi (1988–1990)…

Namiq Həsənov “Tarixi birlikdə öyrənək” layihəsində bu dəfə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin sayca 13-cü Birinci katibi (1988–1990)….

Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin sayca 13-cü Birinci katibi (1988–1990) olan Əbdürrəhman Vəzirovun siyasi fəaliyyəti haqqında müəyyən məlumatımız olsa da, onun ailəsi barədə çox az adamın bilgisi var. İzləyicilərimizin istəyinə əsasən Vəzirovun ailəsi ilə bağlı qısa bir paylaşım edirik. Əslən şuşalı olan və 26 may 1930-cu ildə Bakıda doğulan Ə.

Vəzirovun atası Xəlil Vəzirov Qarabağın son xanının baş vəziri Mirzə Camal Cavanşir Qarabağinin nəslindəndir. Soyadının Vəzirov olması da buradan qaynaqlanır. Anası Tovuz Vəzirova isə Füzuli rayonunun (keçmiş Karyagin) Kommunist Partiyasının Birinci katibinin bacısı idi.

Ana tərəfdən babası isə Düdükçü kəndində böyük mülkədar olub və öz torpaqlarında İrandan köçürülən ermənilərin məskunlaşmasına və yaşamasına şərait yaratmışdı, lakin, sonradan ermənilər silahlanaraq kənddən bütün azərbaycanlıları qovduqları üçün Vəzirovun babası Füzulidə məskunlaşmalı olmuşdu. İkinci Dünya müharibəsi illərində xəstə azyaşlı bacısını dərman çatışmazlığına görə itirib. Digər bacısı Bəyaz Vəzirova (Vaynşteyn) ixtisasca musiqi müəllimidir.

O, Asəf Zeynallı adına Musiqi Texnikumunda müəllim işləmiş mərhum bəstəkar Leonid Vaynşteynin (1945–1994) həyat yoldaşıdır. Onun oğlu Rusiyada yaşayan məşhur bakılı Timur Vaynşteyndir. Ə.

Vəzirov milliyətcə rus olan İrina adlı qadınla evli olub. Onların Eldar adında bir oğlu, Aliyə və Xəlil adlarında iki nəvəsi var. Ə.

Vəzirov 2022-ci ilin yanvarın 10-da Rusiyanın paytaxtı Moskva şəhərində 91 yaşında dünyasını dəyişib. Ə. Vəzirov sağlığında etdiyi vəsiyyətinə əsasən Moskva şəhərinin Troekurov qəbiristanlığında mərhum həyat yoldaşı İrinanın məzarının yanında torpağa tapşırılıb…

MƏNBƏNamiq Həsənovun TikTok səhifəsi — orijinal videoya bax ↗Material Namiq Həsənovun icazəsi ilə Vətənim.Media-da yayımlanır.

Namiq Həsənovun digər tarixi materiallarına bax →

Vətənim Media Shorts

YouTube-da aç ↗