Vaxtilə, SSRİ-də, həmçinin, Azərbaycanda adı əbədiləşdirilən və Atatürkun öz şəxsi saatın…

Şrift
Vaxtilə, SSRİ-də, həmçinin, Azərbaycanda adı əbədiləşdirilən və Atatürkun öz şəxsi saatın…

Namiq Həsənov “Tarixi birlikdə öyrənək” layihəsində bu dəfə Vaxtilə, SSRİ-də, həmçinin, Azərbaycanda adı əbədiləşdirilən və Atatürkun öz şəxsi saatın….

Vaxtilə, SSRİ-də, həmçinin, Azərbaycanda adı əbədiləşdirilən və Atatürkun öz şəxsi saatını bağışladığı marşal Voroşilov kimdir və Atatürk niyə bu addımı atmışdı? SSRİ-də Sovet İttifaqı Marşalı ali hərbi rütbəsi təsis ediləndə, 21 noyabr 1935-ci ildə bu rütbə ilə təltif olunan ilk 5 nəfərdən biri də Kliment Voroşilov olub. Voroşilov 34 il 5 ay Siyasi Büroda təmsil olunmağı ilə də rekord göstərici əldə edib.

Hələ gənc yaşlarından “Volodin” ləqəbi ilə inqilabi hərəkatda fəal iştirak edib. O, 1908-1917-ci illərdə Bakıda və Petroqradda gizli partiya fəaliyyəti ilə məşğul olu və bir neçə dəfə həbsxana həyatı da yaşayıb.1925-ci ildən 1940-cı ilə qədər SSRİ-nin hərbi naziri vəzifəsini icra edib. Müharibə başlananda Voroşilov şimali-qərb istiqamətinin komandanı təyin edilib.

Elə bu təyinat nəticəsində də Leninqrad mühasirəyə düşüb. Yaratdığı bu ağır vəziyyət Voroşilovun karyerasına çox da zərbə vurmayıb. Əksinə, o, Xalq Komissarları Sovetinin müavini vəzifəsinə təyinat alıb.

O, orduda xidmət edən yüksəkçinli hərbçilərin siyahısını Yejovun “repressiya aparatına” göndərib. Siyahılarda Marşal Rokossovskinin adı da olub.1953-1960-cı illərdə SSRİ Ali Soveti Rəyasət heyətinin sədri kürsüsündə əyləşib. Voroşilovun ən böyük səhvi 1957-ci ildə Xruşova qarşı yaradılmış “antipartiya” qrupuna qoşulmağı olub.

Amma marşalın bu məsələdə də bəxti gətirib və vəzifəsindən kənarlaşdırılmayıb. 1933-cü ildə Voroşilov SSRİ nümayəndə heyətinin rəhbəri kimi Türkiyə Cümhuriyyətinin 10 illik yubileyi münasibətilə Ankarada keşirilən paradda iştirak edib. Atatürklə yanaşı, tribunada paradı seyr edən Voroşilov hələ 1921-22-ci illərdə də Ourtuluş müharibəsi zamanı Frunze ilə birgə Türkiyədə olub, sovet hökuməti adından Atatürkə dəstək verib.1928-ci ildə Atatürkün təşəbbüsü ilə İstanbulun Taksim meydanında ucaldılan “Cümhuriyyət abidəsi”ndə Atatürkün sol tərəfində duran iki sovet hərbçisinin, Voroşilovun və Frunzenin heykəlləri heç də təsadüfi deyil.

“Mən öz şəxsi saatımı sizə bağışlayıram. Məxsusi olaraq saatın arxasında döymə ilə iki hərf də yazılıb: “KV”. Siz bu saatı Türkiyədə kimə göstərsəniz bütün qapılar üzünüzə açıq olacaq…” Bu, 1933-cü ildə Türkiyə Cümhuriyyətinin 10 illik yubileyi münasibəti ilə Ankarada keçirilən tədbirdə SSRİ nümayəndə heyətinin rəhbəri Kliment Voroşilova Atatürkün hədiyyə təqdim etdiyi zaman dediyi sözlərdir.

O, 1953-1960-cı illərdə SSRİ Ali Soveti Rəyasət heyətinin sədri olub. Voroşilovun oğlu atasının 1933-cü ildə Türkiyə səfəri ilə bağlı maraqlı açıqlamalar verib: “Atam bu səfərdən çox məmnun idi. Voroşilovun rəhbərlik etdiyi SSRİ-nin nümayəndə heyətinə Atatürk xüsusi diqqət ayırıb, xüsusilə də təhlükəsizlik baxımından.

Məhz paraddan sonra Türkiyə prezidenti ilk ziyafəti SSRİ nümayəndələrinin qaldığı mehmanxanada verib. Orkestr türk rəqslərini ifa edərkən Atatürk SSRİ nümayəndə heyətinin rəqs etməyini xahiş edəndə bizimkilər çaş-baş qalıblar. Bu vəziyyətdə atam nümayəndə heyətinin üzvü olan Budyonnıya üz tutub.

Budyonnı “bacardığı qədər” Atatürkün rəqs xahişini yerə salmayıb. Növbəti ziyafətdə olduqca həssas olan Türkiyə prezidenti heç olmasa bir-iki rus musiqisini ifa etməyi bacaran türk orkestrini məclisə dəvət edib. Rus musiqisi səslənəndə atam nümayəndə heyətini başına ylıığaraq əsl marşalsayağı əmr edib: “Hamı rəqsə”.

Tədbirin sonunda nümayəndə heyətinə Türkiyə prezidenti tərəfindən hədiyyələr təqdim olunub. Atatürk öz şəxsi saatını atama hədiyyə edib. Saatın arxasında isə “KV” yazılıb – Kliment Voroşilov…”.

Hazırda Voroşilovun doğulduğu Luqanskda tarix muzeyində həmin saat saxlanılır. Atatürkün bəxşiş etdiyi saat işləyir və vaxtı dəqiq göstərir. 1960-cı ildə “politbüro” Voroşilovu konformizmdə (davranışların və mövqelərin böyük əksəriyyətinin xeyrinə olaraq dəyişməsi) günahlandırıb.

Marşal ittihamlara qarşı sərt reaksiya verməyib: “Mən sizinlə mübahisə etmək fikrində deyiləm. Çünki mən Kreml divarları qarşısında dəfn olunmaq istəyirəm”. Kliment Voroşilov 2 dekabr 1969-cu ildə vəfat edib…

MƏNBƏNamiq Həsənovun TikTok səhifəsi — orijinal videoya bax ↗Material Namiq Həsənovun icazəsi ilə Vətənim.Media-da yayımlanır.

Namiq Həsənovun digər tarixi materiallarına bax →

Vətənim Media Shorts

YouTube-da aç ↗