Svetlana Çingiz qızı Qasımova 11 iyun 1938-ci ildə Kirovabad (Gəncə) şəhərində doğulub.

Şrift
Svetlana Çingiz qızı Qasımova 11 iyun 1938-ci ildə Kirovabad (Gəncə) şəhərində doğulub.

Namiq Həsənov “Tarixi birlikdə öyrənək” layihəsində bu dəfə Svetlana Çingiz qızı Qasımova 11 iyun 1938-ci ildə Kirovabad (Gəncə) şəhərində doğulub..

Svetlana Çingiz qızı Qasımova 11 iyun 1938-ci ildə Kirovabad (Gəncə) şəhərində doğulub. Orta məktəbi 1955-ci ildə bitirib, Azərbaycan Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsində ali təhsil alıb.1958-ci ildən komsomol və Azərbaycan Kommunist Partiyası təşkilatlarında aktiv fəaliyyət göstərməyə başlayıb.1958–1960-cı illərdə Azərbaycan Dövlət Universitetində komsomol komitəsi katibinin müavini, 1960–1963-cü illərdə isə Bakı Şəhər Komsomol Komitəsinin katibi, 1963–1969-cu illərdə Bakı Şəhər Partiya Komitəsində təlimatçı, 1969–1971-ci illərdə şöbə müdiri, 1971–1975-ci illərdə Bakı Şəhər Zəhmətkeş Deputatları Soveti İcraiyyə Komitəsinin sədrinin müavini, 1975–1979-cu illərdə Azərbaycan SSR ticarət nazirinin müavini, 1979–1983-cü illərdə Azərbaycan SSR ticarət naziri, 1983–1988-ci illərdə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin katibi, 1988–1990-cı illərdə Azərbaycan Kommunist Partiyası Bakı Şəhər Komitəsinin katibi vəzifələrində çalışıb. 1990-cı ildən Azərbaycan Dövlət Əmək və Sosial Məsələlər Komitəsinin sədrinin birinci müavini vəzifəsində çalışıb.

O, 23 may 1991-ci ildə komitə sədri vəzifəsinə təyin olunub, 17 dekabr 1992-ci ildə isə Azərbaycan Respublikasının Prezidenti Əbülfəz Elçibəyin 365 nömrəli fərmanı ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yaradılması səbəbi ilə vəzifəsindən azad edilib. O, bir müddət "İşgüzar qadın" Assosiasiyasına rəhbərlik edib. Bu dövrdə Svetlana Qasımova 4-cü Ümumdünya qadınlar konfransına hazırlıqla əlaqədar yaradılmış Azərbaycan qadınlarının Milli Komitəsinin üzvü təyin edilib.

Svetlana Qasımova 18 avqust 1995-ci ildə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının üzvü seçilib. 18 iyul 2000-ci ildə hakim Yeni Azərbaycan Partiyası tərəfindən Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının üzvlüyünə namizəd göstərilib. Onun namizədliyi digər namizədlərlə birgə səsverməyə qoyulub və o, Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının üzvü seçilib.

Həmin il Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının sədr müavini seçilib. 13 iyun 2003-cü ildə yenidən hakim Yeni Azərbaycan Partiyası tərəfindən Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının üzvlüyünə namizəd göstərilib və Azərbaycan Respublikası MSK-nnın üzvü seçilib 9 yanvar 2006-cı ildə keçirilmiş Yeni Azərbaycan Partiyası İdarə Heyəti iclasının qərarı ilə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının üzvlüyünə namizəd göstərilib. Onun namizədliyi 7 fevral 2006-cı ildə 91 deputatdan 87-sinin lehinə, 3-nün əleyhinə, 1-nin isə bitərəf səs verməsi ilə Azərbaycan Respublikası MSK-nın üzvü və sədr müavini seçilib.

Svetlana Qasımova Sovet dövründə "Qırmızı əmək bayrağı" ordeni ilə təltif olunub. 11 iyun 2008-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən "Şöhrət" ordeni ilə təltif edilib. 29 noyabr 2009-cu ildə Bakıda vəfat edib…

ALLAH RƏHMƏT ELƏSİN!

MƏNBƏNamiq Həsənovun TikTok səhifəsi — orijinal videoya bax ↗Material Namiq Həsənovun icazəsi ilə Vətənim.Media-da yayımlanır.

Namiq Həsənovun digər tarixi materiallarına bax →

Vətənim Media Shorts

YouTube-da aç ↗