Namiq Həsənov “Tarixi birlikdə öyrənək” layihəsində bu dəfə Əli Haqverdiyev 29 iyul 1939-cu ildə Bakıda rəssam Həsən Haqverdiyev və Güllü Mustafayeva….
Əli Haqverdiyev 29 iyul 1939-cu ildə Bakıda rəssam Həsən Haqverdiyev və Güllü Mustafayevanın ailəsində dünyaya göz açıb.1955-ci ildə Əzim Əzimzadə adına Bakı Rəssamlıq Məktəbinin qrafika şöbəsinə qəbul olub.1958-ci ildə eyni zamanda Bülbül adına Orta İxtisas Musiqi Məktəbinə qəbul edilib. İstisna hal kimi Əli Haqverdiyevə hər iki məktəbdə paralel oxumaq imkanı verilib.1961-ci ildə Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasının vokal fakültəsinə daxil olub, məşhur opera müğənnisi Şövkət Məmmədovanın tələbəsi olub.1962-ci ildə o zamanlar Akademik Opera və Balet Teatrına rəhbərlik edən Niyazi Ə. Haqverdiyevə qulaq asıb teatra işə qəbul edir.
Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti olub. Əli Haqverdiyev bir müddət Leninqrad Opera teatrında təcrübə də keçib. O, Üzeyir Hacıbəyovun "Koroğlu", "Leyli və Məcnun" operalarında Həsən xanın, Nofəlin partiyalarını ifa edib.
"Arşın mal alan" musiqili komediyasının qrammofon valına yazılışında (1973) Soltan bəyin partiyasını oxuyub. Əli Haqverdiyevin ən yaddaqalan obrazı "Dədə Qorqud" filmindəki Yalıncıq obrazıdır. O, Azərbaycan Rəssamlar İttifaqının və Teatr Xadimləri İttifaqının üzvü olub.
Teatrda işləməklə yanaşı, 1981-ci ildən etibarən Azərbaycan Dövlət Konservatoriyasının vokal fakültəsində müəllim kimi çalışıb. 19 sentyabr 1991-ci ildə Azərbaycan Respublikasının Əməkdar artisti adına layiq görülüb. Əli Haqverdiyev 1992-ci ilin sentyabrın 14-də dənizdə yüksək gərginlikli cərəyana toxunaraq faciəli şəkildə həlak olub…
ALLAH RƏHMƏT ELƏSİN! P. S.
MƏDƏNİYYƏT TARİXDİR. TARİXİ BİRLİKDƏ ÖYRƏNƏK!
