Namiq Həsənov “Tarixi birlikdə öyrənək” layihəsində bu dəfə Azərbaycanda müxtəlif filmlərdə maraqlı obrazlar yaradan və daha çox "Uzaq sahillərdə" fi….
Azərbaycanda müxtəlif filmlərdə maraqlı obrazlar yaradan və daha çox "Uzaq sahillərdə" filmindəki "Mixaylo" rolu ilə sevilən Nodar Şaşıqoğlu 13 mart 1927-ci ildə Batumidə doğulub. Babası Acarıstanda tanınmış zadəgan, atası isə çar zabiti idi. Əmisi, aktyor Ülvi Rəcəb 1937-ci ildə repressiyaya məruz qalıb.
Onun həyat yoldaşı Mərziyyə Davudova da Azərbaycan teatrında çalışıb. Əsli acarıstanlı olsa da, Tiflisdə yaşayıb. Orada orta məktəbi, daha sonra isə Şukin adına Teatr İnstitutunu bitirib.
Bir il Vaxtanqov adına teatrda işləyib.5–6 il Taqanka Teatrında çalışıb. Rejissor Rəşid Atamalıbəyov (O, "Uzaq sahillərdə" filminin ikinci rejissoru olub) Tofiq Tağızadənin rejissoru olduğu "Uzaq sahillərdə" filminin çəkilişlərinə gəlib. Aktyoru bəyənərək onu filmdə çəkib.
2003-cü ildən S. Vurğun adına Rus Dram teatrına qayıdıb və səhnədə Sorin (A. P.
Çexov "Qağayı"), Kral Lir (U. Şekspir "Kral Lir") obrazları parlaq şəkildə ifa edib. Onun şəxsi həyatı çox qalmaqallı olub.12 fənndən iki aldığı üçün gənc, yaraşıqlı Nodar Moskva Teatr İnstitutundan xaric edilib.
Növbəti il Nodar Şukşin adına Teatr Məktəbinə daxil olur. Elə orada oxuya-oxuya Vaxtanqov Teatrında işləməyə başlayır ki, başı işə, təhsilə qarışsın. Amma bu vaxt ərzində evlənməyə də vaxt tapır.
Qadın heyranlarının arasından seçdiyi qızın anası erməni idi. Olduqca qəşəng olan bu qız xüsusən baş rollarda oynayan aktyorun sevgisini qazana bilmişdi. Onun evləndiyi xanımından ayrılmağının səbəbkarı da erməni qaynanası olur.
Nodar Şaşıqoğlu evini də xanımına verib evdən də, işdən də çıxır. Nodar Şaşıqoğlu ümumilikdə 4 dəfə evil olub, hər dəfə də evini növbəti xanımına verib, bir çemodanla çıxıb. O, xasiyyətindən özü də şikayətçi olub.
Növbəti dəfə ailəsindən ayrılanda da xanımına evini verib çıxır. Bakıdakı mənzilini isə onun atasına bağışlayır. Nodar Şaşıqoğlu mərhum Heydər Əliyevlə çox yaxın olub.
Axırıncı qadınla boşananda Heydər Əliyevə zəng edib. Heydər Əliyev ona deyib ki, “ya evlənmə, ya boşanma, ya da boşanandan sonra evi növbəti qadına vermə”. Nodar Şaşıqoğlu 8 il Bakıda yaşayıb.
Rejissor Məhərrəm Haşımov onu dəfələrlə Rus Dram Teatrında işləməyə çağırırdı. Hər dəfə imtina edirdi, çünki filmlərə çəkilirdi. 50-ci illərin sonu – 60-cı illərin əvvəllərində "Azərbaycanfilm"in ən parlaq aktyoru Nodar Şaşıqoğlu idi.
Eyni vaxtda iki-üç filmə çəkilirdi. Pula da pul demirdi. Bakının gözəl vaxtları idi.
Ona Bakıda dövlət ev vermişdi. Bakının iki Mixaylosu vardı – biri müharibədə həlak olan, biri Nodar Şaşıqoğlu. Bəzi məlumatlara görə, “Uzaq sahillərdə” filminin çəkilişləri zamanı baş rolun ifaçısı, “Mixaylo”nu oynayan aktyor Nodar Şaşıqoğlu ilə “Anjelika"nı canlandıran Aqniya Yelikoyeva arasında gerçək məhəbbət yaşanıb.
Ancaq Nodar bu haqda belə yazırdı: “Bəli, Aqniya maraqlı qız idi, amma aktyorlar arasında hansısa eşqbazlığın baş verməsinə heç vaxt imkan verməyib. Bizim çox yaxşı münasibətlərimiz, əlaqələrimiz olub. O, milliyyətcə osetin idi, Leninqradda yaşayırdı, "Lensovet" teatrında işləyirdi.
Özümə qəti qadağa qoymuşdum, heç bir tərəf müqabilimlə heç bir əlaqəyə girməməliyəm. Demirəm ki, müqəddəs idim, amma bu, mənim üçün qanun idi. Karyeramda hansısa problemlərin yaranması nəyimə lazım idi?" Nodar Şaşıqoglu 12 aprel 2013-cü ildə Bakıda vəfat edib…
RUHU ŞAD OLSUN! RƏYLƏRİNİZ BİZİM ÜÇÜN DƏYƏRLİDİR…
