Azərbaycanın Milli Qəhrəmanı, Birinci Qarabağ müharibəsinin şəhidi Vəzir Orucov 26 dekabr…

Şrift
Azərbaycanın Milli Qəhrəmanı, Birinci Qarabağ müharibəsinin şəhidi Vəzir Orucov 26 dekabr…

Namiq Həsənov “Tarixi birlikdə öyrənək” layihəsində bu dəfə Azərbaycanın Milli Qəhrəmanı, Birinci Qarabağ müharibəsinin şəhidi Vəzir Orucov 26 dekabr….

Azərbaycanın Milli Qəhrəmanı, Birinci Qarabağ müharibəsinin şəhidi Vəzir Orucov 26 dekabr 1956-cı ildə Tərtər rayonunun Xoruzlu kəndində doğulub.1974-cü ildə Bakı Yüngül Sənaye Texnikumuna daxil olub.1975-1977-ci illərdə hərbi xidmətdə olub.1984-cü ildə Rusiyanın Arxangelsk vilayətinin Belkovo şəhərinə köçüb.1992-ci ildə Xocalı soyqırımını eşidərək Azərbaycana qayıdıb və mayın 4-də Tərtər özünümüdafiə batalyonuna yazılıb. Orucov sıravi döyüşçü kimi mübarizəyə başlasa da, komandirlik bacarığına görə qısa zamanda batalyon komandirinin müavini vəzifəsinə qədər yüksəlib. O, gəldiyi gün Tərtər şəhərinə getmək adı ilə evdən çıxır.

Şıxarx istiqamətində qarşısına çıxan bir nəfər yaralı polis əməkdaşının silahını götürüb Ağdərə uğrunda gedən döyüşə qatılır. Həmin axşam bir erməni əsgərini və silahını götürüb, geri qayıdır. Əsiri yerli özünümüdafiə batalyonunun qərargahına təhvil verir, əmanət olan avtomatı isə sahibinə qaytarır,evlərinə gəlir və anasına deyir ki, daha onun yolunu gözləməsin.

2015-ci il dekabrın 28-də Rusiya jurnalisti və naşiri Aleksandr Nevzorov Qarabağ münaqişəsi barədə xatirələrini bölüşərkən Vəzir Orucov haqqında deyib: "Heç kim inciməsin, ancaq mənim indiyədək tanıdığım ən cəsur insan azərbaycanlı olub. Onun adı Vəzir idi. O, digərlərindən heç nə ilə fərqlənmirdi.

Çox çirkli, balıq iyi verən bir buşlat geyinirdi". Həsənqaya, Madagiz, Sərsəng su anbarı, Çıldıran, Vaqauz və s. kəndlər uğrunda gedən döyüşlərdə düşmənin bir çox planını puç edib.

Nevzorovun sözlərinə görə, Birinci Qarabağ müharibəsi zamanı erməni silahlıları Sərsəng su anbarının yerləşdiyi vadiyə hücum ediblər, yüzlərlə insanı qətlə yetiriblər, Goranboy batalyonunu darmadağın ediblər: "Əsas qüvvələr insanları ön xətdən çıxarmağa çalışırdılar. Adamlar avtobusa minmək üçün dava edirdilər. Belə bir məqamda birdən bir adam gördüm.

O, UAZ-a oturub mühərriki işə saldı. Arxa cəbhəyə yox, atışma gedən istiqamətə sürməyə hazırlaşırdı. Orada əsl cəhənnəm idi, insanlar öldürülmüşdü, 500 meyit üst-üstə yığılmışdı.

Ermənilərin hücum etdiyi bu yerdə hər şey yanırdı, partlayırdı…" Orucov oraya Nevzorovla birgə yaralılara yardım etmək üçün getmişdi. Ermənilərin muzdla tutduğu Pskov desantları onları tutub, UAZ-dan yerə düşürdüb güllələmək istəyirdilər. Lakin, Pskov desantlarından biri Nevzorovu tanıdığından, onunla razılaşdılar və özününkülərə xəbər verdilər ki, indi bir azərbaycanlı qaçıb gedəcək, ona güllə atmaq olmaz.

Nevzorov hadisələri belə xatırlayır: "Vəzir isə qaçmadı. O, partladılmış maşınında qurdalanıb öz silahını tapdı. Sonra da mənimlə əl verib görüşəndən sonra çıxıb getdi.

O, elə addımlayırdı ki, Şekspirin heç bir qəhrəmanı elə gedə bilməzdi. O, kürəyini arxaya çevirib sakitcə getməklə sübut edirdi ki, heç vaxt düşmən qarşısından qaçmayacaq". 1992-ci ilin avqustunda Sərsəng su anbarında kəşfiyyatda olarkən onun ətrafında 30 nəfər PK pulemyotu ilə silahlanmış kəşfiyyatçı var idi.

Sərdar Həmidovun dəstəsi öndən, Orucovun isə kəşfiyyat qrupu ilə düşmənin arxasından hərəkətə keçmişdi. Ermənistanın "Arabo" batalyonu həmin gün böyük itkilər vermiş və batalyonunun qırılmasına görə Ermənistan 3 gün matəm elan etmişdi. 1 sentyabr 1992-ci ildə Çıldıran kəndi uğrunda gedən döyüşdə düşmən tankını vurmaq istəyərkən ağır yaralanmışdı.

Müalicə olunaraq 2 noyabr 1992-ci ildə cəbhəyə qayıtmışdı. O, hospitaldan çıxıb 1992-ci il 11 dekabrda-öz ad gününü Rusiyada yaşayan ailəsi ilə birgə keçirmək üçün Arxangelskə gedir. Ağdərə rayonunda Qlobus yüksəkliyi istiqamətində yüksək rütbəli azərbaycanlının hava rabitəsi vasitəsilə ermənilərlə danışdığını görən Vəzir Orucov onun yaxasından tutub təhqir edir və bunun cəzasını alacağını bildirir.

Daha sonra isə bir zabitin ermənilərlə kabab yediyinin şahidi olan Orucov qarşısına məqsəd qoyur ki, nəyin bahasına olur-olsun düşmənə strateji döyüş üstünlüyü yaradan "Qlobus"u ələ keçirsin. O, 22 mart 1993-cü ildə Ağdərənin Qlobus yüksəkliyi uğrunda gedən ağır döyüşdə qəhrəmancasına həlak olur… Bakıda, Şəhidlər Xiyabanında dəfn edilib…

RUHU ŞAD OLSUN!

MƏNBƏNamiq Həsənovun TikTok səhifəsi — orijinal videoya bax ↗Material Namiq Həsənovun icazəsi ilə Vətənim.Media-da yayımlanır.

Namiq Həsənovun digər tarixi materiallarına bax →

Vətənim Media Shorts

YouTube-da aç ↗