Çəkdiyi iki filmin adı kifayət edir ki, onu Azərbaycanın kino tarixində əbədi xatırlayaq:…

Şrift
Çəkdiyi iki filmin adı kifayət edir ki, onu Azərbaycanın kino tarixində əbədi xatırlayaq:…

Namiq Həsənov “Tarixi birlikdə öyrənək” layihəsində bu dəfə Çəkdiyi iki filmin adı kifayət edir ki, onu Azərbaycanın kino tarixində əbədi xatırlayaq:….

Çəkdiyi iki filmin adı kifayət edir ki, onu Azərbaycanın kino tarixində əbədi xatırlayaq:" Ögey ana" və "Böyük dayaq"… Həbib İsmayılov 21 fevral 1906-cı ildə Naxçıvan şəhərində doğulub. Ailəsi ilə birlikdə əvvəllər Nehrəm kəndində yaşayıb.

Kənd təsərrüfatı ilə məşğul olan atası və babası, Naxçıvana köçdükdən sonra dəmirçiliklə məşğul olublar. Maddi vəziyyətə görə İsmayılovlar ailəsi 1910-cu ildə Tiflis şəhərinə köçür. Həbib İsmayılov orta məktəbə Tiflis şəhərində gedib.

Həbib İsmayılov Tiflisdə yaşadığı müddətdə "Yeni fikir" qəzetində korrektor köməkçisi vəzifəsində işləyib. Paralel olaraq Tiflis şəhərindəki Azərbaycan teatrının səhnəsində uşaq rollarını ifa edib. Bir müddət sonra İsmayılovlar ailəsi Bakıya köçüb və Həbib İsmayılov 1924-1927-ci illərdə Fəhlə fakültəsində təhsil alıb.

Eyni zamanda dram dərnəyində səhnə fəlaiyyətini davam etdirib. O, təkcə aktyor kimi fəaliyyət göstərməyib, həmçinin bir sıra tamaşalara da quruluş verib. Həbib İsmayılov ali təhsilini Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində alıb.1927-ci ildə Xalq Maarif Komissarlığı tərəfindən Moskvada Dövlət Teatr Sənəti İnstitutunun Rejissorluq və Aktyorluq fakültəsində oxumağa göndərilib.

Həmin institutda SSRİ Xalq artisti, rejissor və pedaqoq Konstantin Stanislavskidən dərs alıb.1931-ci ildə institutu bitirən Həbib İsmayılov Bakıya qayıdıb və Türk İşçi Teatrında çalışıb. O, teatrda həm bədii rəhbər, həm də rejissor kimi fəaliyyət göstərib. O, bir sıra tamaşalara quruluş verib: "Küləklər şəhəri", "Lənkəran xanının vəziri" (M.

F. Axundov), "Gizli əl", "Kölgə", "Yaşar", "Ölülər" (C. Məmmədquluzadə), "Od gəlini" (C.

Cabbarlı). Türk İşçi Teatrı 1933-cü ildə Gəncə şəhərinə köçürülüb. Həbib İsmayılov da kollektivlə birlikdə Gəncəyə gedir və fəaliyyətini orada davam etdirir.

O, teatrda həm rejissor, həm də aktyor kimi çalışıb. "Yaşar" tamaşasında Toğrul, "Namus"da Barxudar, "1905-ci ildə" tamaşasında general-qubernator və s. kimi rolları ifa edib.

Bakı, Gəncə, Mahaçqala teatrlarında bədii rəhbər, rejissor və baş rejissor işləyib(1931-1943). Həbib İsmayılov 1938-ci ildə Musiqili Komediya Teatrına baş rejissor təyin olunub. Bir sıra tamaşalara quruluş verib:"Aşıq Qərib" (1939), "Əlli yaşında cavan", "Lənkəran xanının vəziri", "Beş manatlıq gəlin" (1940), "Malinovkada toy".

İkinci Dünya müharibəsi zamanı Həbib İsmayılov ordu sıralarına çağrılıb. Ordu sıralarında hərbiləşdirilmiş caz-orkestrin rəhbəri, sonra isə 402-ci Azərbaycan atıcı diviziyası klubunun rəisi təyin olunub. Həbib İsmayılov 1942-cü ildə Mahaçqala şəhərinə gedib.

O, 1943-cü ilin əvvəlində isə Dağıstan Dövlət Teatrının direktoru vəzifəsinə təyin olunub. Dağıstan Dövlət Teatrına rəhbərlik etdiyi dövr ərzində "Arşın mal alan" operettasına quruluş verib. Həbib İsmayılov 1943-cü ildən kinoda fəaliyyət göstərib.

O, əvvəlcə kinoxronika şöbəsində baş redaktor, sonra şöbə rəisi kimi çalışıb. Həbib İsmayılov bir çox elmi-kütləvi və sənədli filmlər çəkib: "Dağıstan MSSR-in 25 illiyi", "Cəfər Cabbarlı", "Naxçıvan MSSR-in 25 illiyi", "Sovet İttifaqının himni", "Torpaq və onun münbitliyi" və s. Rejissor "Azərbaycan pambıqçılığında aqrotexnikanın tətbiqi" filminə görə isə 1955-ci ildə Ümumittifaq Kənd Təsərrüfatı Sərgisinin gümüş medalı ilə təltif olunub.

Həbib İsmayılov 31 dekabr 1966-cı ildə vəfat edib… ALLAH RƏHMƏT ELƏSİN!

MƏNBƏNamiq Həsənovun TikTok səhifəsi — orijinal videoya bax ↗Material Namiq Həsənovun icazəsi ilə Vətənim.Media-da yayımlanır.

Namiq Həsənovun digər tarixi materiallarına bax →

Vətənim Media Shorts

YouTube-da aç ↗