“PASHA Holding” öz şirkətlərinin ehtiyaclarına uyğun region ölkələrindən startaplar axtarır

Şrift
🔊 Xəbəri dinlə — Babək
“PASHA Holding” öz şirkətlərinin ehtiyaclarına uyğun region ölkələrindən startaplar axtarır

“PASHA Holding” təkcə Azərbaycanda deyil, bütün
regionda startaplar axtarır və onları portfelindəki şirkətlərin
konkret ehtiyaclarına uyğun seçir.

Bunu “PASHA Financial Holding”in innovasiyalar
istiqamətinin rəhbəri Tuğra Musayeva cümə axşamı Bakıda keçirilən
CAMCA 2026 Regional Forumunda “Regional Synergies: Designing the
Next Digital Silk Road” sessiyasında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, qrup daxilində holdinq
şirkətlərinin startaplarla əməkdaşlıq etdiyi və texnoloji həlləri
pilot layihələr vasitəsilə tətbiq etdiyi proqram fəaliyyət
göstərir. Bir şirkətdə uğurlu nəticə verən pilot digər qrup
şirkətləri üçün tövsiyəyə çevrilir.

“Biz bank sektoru, sığorta, elektron ticarət və digər
istiqamətlərdə şirkətlərimizin ehtiyaclarına uyğun regiondakı
startapları seçirik. Bir şirkətdə pilot uğurla həyata keçirildikdə,
həll digər qrup şirkətlərinə də təqdim olunur. Onlar bir-birinin
təcrübəsinə güvənirlər: bir şirkətdə işləyən həllin digər şirkətə
də kömək etməsi ehtimalı yüksəkdir. Bu gün qrup daxilində bu, artıq
adi praktikaya çevrilib”, – T. Musayeva deyib.

“Yerli bazar kifayət etmir, ona görə də biz həlləri
regional səviyyədə axtarırıq. Bu, startap üçün əldə edilməsi ən
çətin imkanlardan birini – yeni bazarda ilk müştərini qazanmaq
imkanını yaradır. Yeni ölkəyə daxil olmaq, sıfırdan əlaqələr qurmaq
və ilk müştərini tapmaq üçün bir il vaxt sərf etmək əvəzinə,
startap bizim qrup vasitəsilə bazara çıxış əldə edir”, – deyə o
qeyd edib.

İnvestisiyalar: “INMerge VC”nin regional
portfeli

İnvestisiyalardan danışan T. Musayeva bu ilin
yanvarında investisiya fəaliyyətinə başlayan INMerge VC vençur
fondunun fəaliyyəti barədə məlumat verib. Onun sözlərinə görə, fond
bu günədək altı investisiya həyata keçirib və portfel ilk gündən
regional xarakter daşıyıb: portfeldə Azərbaycan, Özbəkistan,
Qazaxıstan, Gürcüstan və Türkiyədən olan startaplar yer alır.


<!—->
<!—->

(function(containerId) {
if (typeof window.loadAdVideoZL === ‘undefined’) {
window.loadAdVideoZL = new Promise((resolve, reject) => {
import(‘/vast_test/main.js?20260507001’)
.then(module => {
window.initAdVideoZL = module.default;
resolve(window.initAdVideoZL);
})
.catch(reject);
});
}

window.loadAdVideoZL.then((initAdVideoZL) => {
initAdVideoZL(containerId);
});
})(‘ad-video-container-6abe74d2e2c8a’);

“Biz yerli deyil, regional problemləri həll edən
təsisçilərin sayının getdikcə artdığını görürük. Regionun üstünlüyü
ondan ibarətdir ki, problemlər çox oxşardır: ödənişlər və pul
köçürmələri, kiçik biznesin kreditləşdirilməsi, müştərilərin
rəqəmsal maliyyə xidmətlərinə qoşulması. Əgər təsisçi asanlıqla
miqyaslana bilən texniki həll tapıbsa və məsələn, Özbəkistandan
Azərbaycana çıxmaq üçün məhsulu sıfırdan yaratmağa ehtiyacı
yoxdursa, biz dərhal maraq göstəririk”, – T. Musayeva bildirib.

Onun sözlərinə görə, INMerge startaplara kapitaldan
daha çox imkan verə bilər: pilot layihə, ilk müştəri və qrup
şirkətləri vasitəsilə Azərbaycan bazarına çıxış.

INMerge regional platforma kimi

T. Musayeva həmçinin “PASHA Holding”in dövlət
qurumları, korporasiyalar, startaplar və Qafqaz, Mərkəzi Asiya və
qonşu regionların investorları üçün regional platforma kimi inkişaf
etdirdiyi INMerge Innovation Summit-in rolundan danışıb.

Onun sözlərinə görə, “INMerge” Azərbaycanın
hüdudlarından kənara çıxıb: tədbirlər İstanbul, Daşkənd və Berlində
keçirilib. Əsas sammit 30 noyabr – 1 dekabr 2026-cı il tarixlərində
Bakıda keçiriləcək.

“INMerge regionda innovasiyalara olan tələbin
təkliflə bir araya gəldiyi məkandır. Regionun iri şirkətləri
indiyədək startapları ayrı-ayrılıqda, hər biri öz ölkəsində
axtarırdı. Biz istəyirik ki, onlar öz problemlərini paylaşsın,
bir-birinin pilot layihələrini tanısın və birlikdə investisiya
qoysunlar”, – deyə o bildirib.

T. Musayeva vurğulayıb ki, startapın regional
miqyasda genişlənməsi təkcə onun texnologiyasının miqyaslana
bilməsi ilə bağlı deyil. “Startap ekosistem növbəti bazara çıxışın
xərclərini azaltdıqda regional miqyasda genişlənir. Məqsəd sadəcə
ölkələrimizi rəqəmsal kanallarla birləşdirmək deyil, regionun
innovasiyalar üçün vahid bazar kimi fəaliyyət göstərməsinə nail
olmaqdır”.

Əsas mənbə: Trend

Vətənim Media Shorts

YouTube-da aç ↗