Trend agentliyinin məlumatına görə, Pakistan Səudiyyə Ərəbistanına sərhədlərin qorunması və dronlarla raket hücumlarının qarşısının alınması məqsədilə 30–40 min hərbçi göndərib.
Agentlik bildirir ki, hərbçilər ötən ildən etibarən və son gərginlikdən sonra bir neçə mərhələdə Ər-Riyad yönünə göndərilib; rəsmi İslamabad isə hələ Yəmənə döyüş əməliyyatlarında iştirak üçün qoşun göndərilməsi barədə qərar verilmədiyini bildirib.
Pakistan Müdafiə Nazirliyi isə 'Reuters'ə sözügedən hərbi dəstək barədə şərh verməyib.
İstinad: az.trend.az
