Riyadda Məkkə Sazişi üzrə Strateji, Siyasi və Müdafiə Komitəsinin iclası sona çatıb

Şrift
🔊 Xəbəri dinlə — Babək
Riyadda Məkkə Sazişi üzrə Strateji, Siyasi və Müdafiə Komitəsinin iclası sona çatıb

Səudiyyə Ərəbistanının paytaxtı Riyaddə Məkkə Sazişi çərçivəsində Strateji, Siyasi və Müdafiə Komitəsinin iclası başa çatıb.

İclasda Türkiyəni xarici işlər naziri Hakan Fidan, milli müdafiə naziri Yaşar Güler və Baş Qərargah rəisi, ordu generalı Selçuk Bayraktaroğlu təmsil edib. Tədbirdə həmçinin Pakistanın baş naziri Məhəmməd İshaq Dar və Səudiyyə Ərəbistanının xarici işlər naziri şahzadə Feysəl bin Fərhan Al Səud iştirak edib.

Görüş barədə məlumat Türkiyənin Xarici İşlər Nazirliyi tərəfindən verilib.

Əsas mənbə: APA

Vətənim Media Shorts

YouTube-da aç ↗