Aİ səfirləri oktyabrın 7-də Rusiyaya qarşı 22-ci sanksiya paketini müzakirə edəcək

Şrift
🔊 Xəbəri dinlə — Babək
Aİ səfirləri oktyabrın 7-də Rusiyaya qarşı 22-ci sanksiya paketini müzakirə edəcək

Reuters agentliyinin Avropalı diplomatlara istinadən verdiyi məlumata görə, Avropa İttifaqına üzv ölkələrin səfirləri oktyabrın 7-də Rusiyaya qarşı 22-ci sanksiya paketini müzakirə etmək üçün toplaşacaq.

Təklif olunan paketə 1 570 hüquqi və fiziki şəxsin Aİ-nin sanksiya siyahısına daxil edilməsi nəzərdə tutulur; bu addım nəticəsində siyahının həcmi təxminən 50 faiz genişlənəcək.

Xəbərdə bildirilir ki, yeni paket digər böyük iqtisadi məhdudiyyətləri əhatə etməyəcək.

Qeyd olunur ki, Aİ-nin sanksiya siyahısına salınan şəxslərə İttifaq ərazisinə giriş qadağası tətbiq edilir və onların Aİ-dakı aktivləri dondurulur.

Əsas mənbə: APA

Vətənim Media Shorts

YouTube-da aç ↗