Məkkə Ortaq Müdafiə Sazişi çərçivəsində Türkiyə və Pakistan hərbçilərinin Səudiyyə Ərəbistanına yerləşdirilməsi qərara alınıb

Şrift
🔊 Xəbəri dinlə — Babək
Məkkə Ortaq Müdafiə Sazişi çərçivəsində Türkiyə və Pakistan hərbçilərinin Səudiyyə Ərəbistanına yerləşdirilməsi qərara alınıb

TRT Haber-in verdiyi məlumata görə, Məkkə Ortaq Müdafiə Sazişinin Strateji, Siyasi və Müdafiə Komitəsinin iclasından sonra yayılan birgə bəyanatda Türkiyə və Pakistan silahlı qüvvələrinin Səudiyyə Ərəbistanına yerləşdiriləcəyi bildirilib.

Komitə kollektiv müdafiə öhdəliklərinin dərhal icrasına başlamaq və tərəflərin milli qanunvericiliyinə uyğun olaraq razılaşdırılmış hərbi qüvvə və imkanların Səudiyyə Ərəbistanına sürətlə göndərilməsi üçün tədbirlər görmək qərarına gəlib. Qərarın məqsədi hazırlıq vəziyyətini yüksəltmək, hərbi inteqrasiyanı gücləndirmək və kolletiv imkanları artırmaqdır.

İclasın başa çatdığı və qərarın birgə bəyanatla açıqlanması xəbərdə vurğulanıb.

Əsas mənbə: APA

Vətənim Media Shorts

YouTube-da aç ↗