Oktyabrın 5-i səhər saatlarında Fransanın 'Şarl de Qoll' aviadaşıyıcısında, Tulon limanında texniki xidmət aparılan zaman bir texniki bölmədə yanğın baş verib.
Hadisənin ilkin ehtimalına görə, yanğın qaz kəsicisi ilə aparılan işlərlə bağlı ola bilər.
Yanğın aşkarlandıqdan təxminən bir saat sonra məhdudlaşdırılıb, daha sonra əlavə təxminən bir saat ərzində tam söndürülüb.
Xilasetmə və yanğınsöndürmə qrupları hadisənin səbəbini araşdırır; Araşdırmaya Marseldən dəniz yanğınsöndürmə batalyonu da cəlb olunub.
Hadisə nəticəsində xəsarət alan olmayıb və aviadaşıyıcının reaktor avadanlıqlarında zədələnmə qeydə alınmayıb.
Gəminin Tulondakı texniki xidməti dekabrın əvvəlinə qədər başa çatdırılması planlaşdırılır.
Əsas mənbə: APA
