Pirey və Saloniki limanlarında balıqçılar yanacaq qiymətlərinin artması və sahənin üzləşdiyi digər problemlərə etiraz edərək aksiyalar keçirirlər.
Yunan ictimai televiziyasının məlumatına görə, Pirey limanında etirazçılar E1 girişini bağlayaraq yanacağın qiymətinin endirilməsini və köhnə gəmilərin ədalətli kompensasiya qarşılığında utilizasiyasını nəzərdə tutan proqramun dərhal işə salınmasını tələb ediblər. Balıqçılar son illərdə yanacaq xərclərinin iki dəfədən artıq artdığını vurğulayırlar.
Etirazçılar delfin sayının artmasının onların tor və digər avadanlıqlarına ziyan vurduğunu da qeyd ediblər. Onlar oktyabrın 1-dən müddətsiz tətil elan etdiklərini bildirərək məsələ ilə bağlı dənizçilik və ada siyasəti naziri Vasilis Kikiliasla görüş tələb ediblər.
Ölkənin şimalında gəmilər beşinci gündür Saloniki sahillərində lövbər salıb ki, bu da mağazaların təzə balıqla təminatında problemlər yaradır. Oktyabrın 4-ü axşamı Nea-Mixaniona rayonundakı balıq bazarının fəaliyyəti etirazçılar tərəfindən bloklanıb və təchizatın yaxın günlərdə daha da çətinləşə biləcəyi qeyd olunur.
Əsas mənbə: APA
