Vətənim Media xəbər verir ki, ABŞ-ın vitse-prezidenti Ceyms Devid Vens İranla müharibənin dayandırılması üçün Tehranın uranın zənginləşdirilməsi imkanlarını əhəmiyyətli dərəcədə azaltmalı olduğunu bildirib.
Vens qeyd edib ki, əgər İran nüvə silahı yaratmaq niyyətində deyilsə, 60%-ə qədər zənginləşdirilmiş yanacaq istehsalına ehtiyac görmür; nüvə məqsədindən imtina etmək niyyətini nümayiş etdirmək üçün yüksək zənginləşdirilmiş yanacaq istehsalından çəkinməlidir.
O, Vaşinqtonun hələ də razılaşma üçün açıq olduğunu, lakin Tehranla hər hansı anlaşmanın nüvə proqramı ilə bağlı konkret güzəştlər tələb edəcəyini söyləyib və sözlərin əməl ilə dəstəklənməsinin vacib olduğunu vurğulayıb.
Vens həmçinin vəziyyəti mürəkkəbləşdirən məqamın Tehranda qərarların kim tərəfindən qəbul edildiyinin Vaşinqton üçün tam aydın olmaması olduğunu, ABŞ-ın Məsud Pezeşkian və Abbas Əraqçi ilə danışıqlar apardığını, lakin onların hakimiyyət daxilində nə dərəcədə təsirə malik olduqlarının aydın olmadığını bildirib.
Əsas mənbə: APA
