Brent neftinin qiyməti 105,69 dollara, WTI isə 92,73 dollara düşüb

Şrift
🔊 Xəbəri dinlə — Babək
Brent neftinin qiyməti 105,69 dollara, WTI isə 92,73 dollara düşüb

Vətənim Media xəbər verir ki, dünya bazarlarında neftin qiyməti əvvəlki gün qeydə alınan artımdan sonra ucuzlaşıb. Londonun ICE birjasında 2026-cı ilin dekabrında ixrac ediləcək “Brent” markalı neftin bir bareli 0,9 faiz dəyər itirərək 105,69 ABŞ dollarına enib.

Nyu-Yorkun NYMEX əmtəə birjasında isə 2026-cı ilin noyabr ayı üçün WTI markalı neftin bir bareli 1,08 faiz ucuzlaşaraq 92,73 ABŞ dolları olub.

Əsas mənbə: APA

Vətənim Media Shorts

YouTube-da aç ↗