Vətənim Media xəbər verir ki, Bolqarıstanın Baş naziri Rumen Radev Rusiyanın ölkədəki səfirinin Xarici İşlər Nazirliyinə çağırılacağını bildirib. Qərar Qara dənizdə iki ticarət gəmisinə dron hücumları barədə məlumatlardan sonra verilib.
Radevin sözlərinə görə, insidentlər Təhlükəsizlik Şurasının növbədənkənar iclasında müzakirə olunub. Məlumata əsasən, gecə baş verən ayrı-ayrı hücumlar zamanı iki gəmi zərər görüb, onlardan biri batıb. Hadisənin təfərrüatları barədə əlavə məlumat verilməyib.
Əsas mənbə: APA
