Vətənim Media xəbər verir ki, Danimarkanın Milli Təhlükəsizlik və Kəşfiyyat Xidmətinin aparıcı analitiki Jozefin Kristensen Rusiyanın Ukraynaya silah və hərbi texnika tədarük edən Danimarka şirkətlərinə qarşı təxribat əməliyyatları apardığını bildirib. O, bu barədə Kopenhagendə keçirilən təhlükəsizlik konfransında danışıb və fəaliyyəti Rusiyanın hibrid kampaniyasında ciddi gərginləşmə kimi qiymətləndirib.
Kristensenin sözlərinə görə, yaz aylarında əməliyyatların planlaşdırılması daha çox, icrası isə məhdud olub; yayın əvvəlindən etibarən isə fəaliyyət artıb. Analitik bildirib ki, Moskva əvvəlki genişmiqyaslı hədəfləmə yanaşmasının NATO ölkələrinin Ukraynaya hərbi dəstəyini dayandırmadığı qənaətinə gəlib. Onun iddiasına əsasən, Rusiya siyasi nəzarəti özündə saxlayaraq daha cəsarətli addımlara keçir və cəbhəyə birbaşa təsir edə biləcək silah istehsalçılarını hədəf seçir.
Əsas mənbə: APA
