Vətənim Media xəbər verir ki, Bakıda keçirilən cüdo üzrə böyüklər arasında dünya çempionatında Azərbaycanın təmsilçisi Ömər Rəcəbli 81 kq çəki dərəcəsində üçüncü yeri tutub. O, turnirə 1/16 final mərhələsindən başlayıb və ilk görüşündə neytral statusla çıxış edən Sibqatullah Arabı məğlub edib.
Rəcəbli 1/8 finalda özbəkistanlı Murodjon Yuldoşev üzərində qələbə qazanaraq növbəti mərhələyə yüksəlib. Lakin serbiyalı Mihaylo Siminlə qarşılaşmada uduzaraq yarımfinala vəsiqə əldə edə bilməyib. Azərbaycan cüdoçusu təsəlliverici görüşdə sloveniyalı Nake Herkoviçə qalib gəlib və bununla da dünya çempionatının bürünc medalını təmin edib.
Əsas mənbə: APA
