Vətənim Media xəbər verir ki, Ermənistanın Baş naziri Nikol Paşinyan ölkənin dəmir yollarının konsessiya əsasında idarə olunmasına dair Rusiya ilə sazişin ləğvi üçün hüquqi imkanların olduğunu bildirib. O, “Infocom”a müsahibəsində qərarın siyasi iradədən asılı olduğunu deyib.
Paşinyan hökumətin hazırda sazişə xitam vermək niyyətində olmadığını, məsələnin dostluq yolu ilə həllinə üstünlük verdiyini vurğulayıb. Onun sözlərinə görə, Rusiya tərəfinə konsessiya hüququnun hər iki ölkə üçün məqbul olan üçüncü ölkəyə verilməsi təklif olunub. Ermənistanın dəmir yolları 2008-ci ildən “Rusiya Dəmir Yolları”nın törəmə şirkəti olan “Cənubi Qafqaz Dəmir Yolu” tərəfindən idarə edilir. Müqavilə 30 illikdir və daha 10 il uzadıla bilər.
Əsas mənbə: APA
